ÇL-nın II təsnifat mərhələsinin cütləri bilindi
Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Rakus.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimində 1-ci raunddakı komandalar növbəti mərhələdəki potensial rəqiblərini də tanıyıblar.
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi
“Astana” (Qazaxıstan) / “ÇFR Kluj” (Rumıniya) – “Makkabi” (Təl-Əviv, İsrail)
BATE (Belarus) / “Pyast” (Polşa) – “Linfild” (Şimali İrlandiya) / “Rusenborq” (Norveç)
TNS (Uels) / ilkin mərhələnin qalibi – “Kopenhagen” (Danimarka)
“Ferensvaroş” (Macarstan) / “Lüdoqorets” (Bolqarıstan) – “Düdelanj” (Lüksemburq) / “Valetta” (Malta)
“Dundalk” (İrlandiya) / “Riqa” (Latviya) – “Partizani” (Albaniya) / “Qarabağ” (Azərbaycan)
“Şerif” (Moldova)/”Saburtalo” (Gürcüstan) – “Dinamo” (Zaqreb, Xorvatiya)
“Seltik” (Şotlandiya)/”Sarayevo” (Bosniya və Herseqovina) – “Nomme Kalyu” (Estoniya)/”Şkendiya” (Makedoniya)
“Suduva” (Litva)/”Srvena Zvezda” (Serbiya) – HİK (Finlandiya)/”HB Torshavn” (Farer adaları)
“Slovan” (Slovakiya)/”Sutyeska” (Monteneqro) – APOEL (Kipr)
“Valyur” (İslandiya)/”Maribor” (Sloveniya) – “Ararat” (Ermənistan)/AIK (İsveç)
“Viktoriya” (Çexiya) – “Olimpiakos” (Yunanıstan)
PSV (Hollandiya) – “Bazel” (İsveçrə)
Xatırladaq ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bundan bir həftə sonra keçiriləcək. 23-24 iyul və 30-31 iyul tarixlərində isə 2-ci raundun görüşləri olacaq. (qol.az)