İdman
21.06.2019
17:18
İkinci Avropa Oyunları bu gün başlayır

İyunun 21-də Minskdə ikinci Avropa Oyunları start götürəcək.
Rakus.az xəbər verir ki, Minsk-2019-a Belarus paytaxtındakı “Dinamo Arena”da keçiriləcək açılış mərasimi ilə start veriləcək. Açılış mərasimi Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İyunun 30-dək davam edəcək II Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı mübarizəyə qoşulub. Atletlər idmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycan Minsk-2019-da 82 idmançı ilə təmsil olunur. Atletlərimiz idmanın 11 növü üzrə medallar uğrunda yarışacaqlar.
Qeyd edək ki, II Avropa Oyunlarının açılış mərasiminə ev sahibliyi edəcək “Dinamo Arena” 1934-cü ildə istifadəyə verilib. 1941-1945-ci illərdəki Böyük Vətən müharibəsi dövründə stadion yararsız vəziyyətə düşüb. Müharibədən sonra – 1947-1954-cü illərdə arenada yenidənqurma işləri görülüb. Bu stadion 1980-ci ildə Moskva Olimpiya Oyunlarının futbol yarışları zamanı 7 qarşılaşmaya ev sahibliyi edib. Arenada 2012-ci ildən növbəti dəfə yenilənmə işləri aparılıb. Hazırda arenanın tamaşaçı tutumu 22 min 246 nəfərdir. İkinci Avropa Oyunlarının bağlanış mərasimi də iyunun 30-da bu arenada keçiriləcək.
Xatırladaq ki, tarixdə ilk Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda keçirilib. Azərbaycan bu mötəbər idman yarışının təşkili üçün qalan 30 aylıq qısa müddətdə hazırlıq prosesini yüksək səviyyədə başa vuraraq Avropa Oyunlarının standartlarını müəyyənləşdirib. “Bakı 2015”də uğurla çıxış edən Azərbaycan millisi komanda hesabında ikinci yerdə qərarlaşıb. İdmançılarımız Oyunlarda 56, o cümlədən 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanıblar.
İlk Avropa Oyunlarında birinci yeri isə aktivində 164 medal (79-40-45) olan Rusiya millisi tutub. II Avropa Oyunlarına ev sahibliyi edən Belarus millisi isə “Bakı 2015”də 43 medalla (10-11-22) yeddinci olub.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Siyasi, Sosial
/
18.04.2025
13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil
/
17.04.2025
22:38
Mədəni, Mətbuat
/
17.04.2025
19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir” - FOTO - VİDEO
Təhlil
/
17.04.2025
14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil
/
16.04.2025
22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat
/
16.04.2025
18:22
Elm və təhsil
/
16.04.2025
13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi
/
16.04.2025
00:01
Siyasi, Sosial
/
15.04.2025
22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə
/
15.04.2025
18:49
Siyasi, Sosial
/
15.04.2025
14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi
/
15.04.2025
13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm
/
15.04.2025
10:06
Video müsahibə
/
14.04.2025
22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil
/
14.04.2025
10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni
/
12.04.2025
22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial
/
11.04.2025
22:23
Siyasi, Sosial
/
11.04.2025
13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil
/
10.04.2025
22:33
Hərbi, Təhlil
/
10.04.2025
13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil
/
10.04.2025
11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi
/
09.04.2025
22:32
Siyasi
/
09.04.2025
13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial
/
08.04.2025
22:27
Müsahibə, Siyasi
/
08.04.2025
18:35
Siyasi, Sosial
/
08.04.2025
14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO