İdman 22.06.2019 09:33

II Avropa Oyunlarının açılış mərasimi keçirildi - FOTO - VİDEO

İyunun 21-də Belarusun paytaxtı Minskdə ikinci Avropa Oyunlarının açılış mərasimi keçirilib.

Rakus.az xəbər verir ki,  “Dinamo Arena”da keçirilən açılış mərasiminə bir sıra ölkələrin dövlət və hökumət başçıları, o cümlədən Baş nazirin birinci müavini Yaqub Eyyubov, Milli Məclisin sədri Oqtay Əsədov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə baxıblar.

II Avropa Oyunları açılış mərasiminə geri sayım başa çatdıqdan sonra mərasim atəşfəşanlıqla açıq elan edilib. Belarusun canlı orkestrinin ifası altında bu ölkənin dövlət himni səsləndirilib, bayrağı ucaldılıb. Sonra Avropa Oyunlarında iştirak edən komandaların paradı başlayıb. Minskdəki Oyunların paradında dörd il əvvəl Bakıda olduğu kimi Yunanıstan təmsilçiləri yenə birinci olub. Daha sonra digər ölkələr latın əlifbasındakı ardıcıllıqla parada çıxıblar.

Azərbaycan millisinin paradında bayrağımızı cüdoçumuz Rüstəm Orucov apardığı halda, onu yığmamızın şef-de-missionu Anar Bağırov, idmançılar və rəsmi şəxslər müşayiət ediblər. Azərbaycan millisi paraddan 6-cı keçib.

Bundan sonra açılış mərasiminin bədii hissəsi başlayıb. Belarusun tarixi şəxsiyyətləri və tarixini özündə cəmləyən kompozisiyalar izləyicilərin marağına səbəb olub. Belarusun ayrı-ayrı dövrlərindəki tarixi şəxsiyyətlərin tanıtım videoçarxı yayımlanıb.

BMT-nin baş katibi Antonio Quterreşin videotəbriki səsləndirildikdən sonra Olimpiya çempionlarının iştirakı ilə Avropa Olimpiya Komitəsinin bayrağı gətirilərək “Dinamo Arena”dan asılıb. Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç çıxış edərək bildirib ki, bu irimiqyaslı idman yarışında 50 ölkənin atletləri iştirak edir. İlk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil edildiyini xatırladan Y.Kosyançiç idmançılara uğurlar arzulayıb.

Konsert zamanı Azərbaycanın Əməkdar artisti, tanınmış opera müğənnisi Yusif Eyvazov və Anna Netrebko da ifa ediblər.

Bundan sonra Belarus Prezidenti Aleksandr Lukaşenko çıxış edərək bu gün bütün avropalıların idman bayramı olduğunu söyləyib. Tolerantlıq, qarşılıqlı hörmət şəraitində yaşamaq Belarusun obrazına çevrilib. Möhtəşəm idman bayramının baş tutmasında əziyyəti olan hər kəsə təşəkkürünü bildirən Belarus Prezidenti II Avropa Oyunlarında iştirak edən atletlərə uğurlar arzulayıb. Sonra Aleksandr Lukaşenko II Avropa Oyunlarını açıq elan edib.

Açılış mərasiminin sonunda Olimpiya məşəli yandırılıb və atəşfəşanlıq olub.

Xatırladaq ki, iyunun 30-dək davam edəcək II Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı mübarizəyə qoşulub. Atletlər idmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycan “Minsk 2019”da 82 idmançı ilə təmsil olunur. Atletlərimiz idmanın 11 növü üzrə medallar uğrunda yarışacaqlar. İkinci Avropa Oyunlarına 3 min könüllü cəlb olunub.

Xatırladaq ki, tarixdə ilk Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda keçirilib. Azərbaycan bu mötəbər idman yarışının təşkili üçün qalan 30 aylıq qısa müddətdə hazırlıq prosesini yüksək səviyyədə başa vuraraq Avropa Oyunlarının standartlarını müəyyənləşdirib. “Bakı 2015”də uğurla çıxış edən Azərbaycan millisi komanda hesabında ikinci yerdə qərarlaşıb. İdmançılarımız Oyunlarda 56, o cümlədən 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanıblar.

İlk Avropa Oyunlarında birinci yeri isə aktivində 164 medal (79-40-45) olan Rusiya millisi tutub. II Avropa Oyunlarına ev sahibliyi edən Belarus millisi isə “Bakı 2015”də 43 medalla (10-11-22) yeddinci olub.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO