II Avropa oyunları 22.06.2019 22:28

İkinci günün yekunu: 1 gümüş və 3 bürünc medal qazandıq - FOTO

İyunun 22-də – Minskdə keçirilən ikinci Avropa Oyunlarının ikinci günündə atletlər idmanın 11 növü üzrə – basketbol 3×3, akrobatika gimnastikası, oxatma, boks, şose velosipedi, cüdo, bədii gimnastika, sambo, tüfəngdən və tapançadan atəşaçma, stend atıcılığı və masaüstü tennis yarışlarında mübarizə aparıblar.

Rakus.az xəbər verir ki, idmanın yeddi növündə 24 dəst medalın sahibləri müəyyənləşib.

Oyunların ikinci günündə Azərbaycan idmançıları boks, cüdo, sambo, akrobatika gimnastikası, tapançadan atəşaçma və stend atıcılığı yarışlarında mübarizəyə qoşulublar.

“Minsk 2019”da Azərbaycan milli komandasının aktivinə ilk medalı akrobatika gimnastlarımız yazdırıblar. Dinamik hərəkətlər üzrə qarışıq cütlüklərin yarışında 28,830 xal toplayan Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi gümüş medala sahib olublar. Balans hərəkətləri üzrə qarışıq cütlüklərin yarışında isə Ruhidil Qurbanlı – Abdulla Əl-Məşayxi cütlüyü 28,160 xalla bürünc medala layiq görülüb.

İkinci Avropa Oyunlarının sambo yarışlarının birinci günündə Azərbaycanın dörd idmançısı mübarizəyə qoşulub. Samboçularımız günü iki bürünc medalla başa vurublar. Bürünc medalları komandamızın aktivinə Mehman Xəlilov (57 kq) və Emil Həsənov (68 kq) yazdırıblar. Mehman Xəlilov dörddəbir finalda belaruslu Vladislav Burdza uduzub. Lakin bu çəki dərəcəsində yeddi samboçunun mübarizə aparması idmançımıza təsəlliverici qarşılaşmaya qatılmadan bürünc medal uğrunda görüşdə iştirakına imkanı yaradıb. O, bürünc medal uğrunda görüşdə Ermənistan samboçusu Maksim Manukyanı 9:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Dörddəbir finalda rumıniyalı Laslo Jolt-Sokeyə qalib gələn E.Həsənov isə yarımfinalda gürcüstanlı Mindia Liluaşviliyə məğlub olub. Samboçumuz bürünc medal uğrunda qarşılaşmada Bolqarıstan təmsilçisi Martin İvanova qalib gəlib.

Digər samboçularımızdan Ceyhun Hüseynov (82 kq) və Gözəl Zutova (72 kq) dörddəbir finalda uduzublar. Hər iki samboçumuz təsəlliverici görüşlərdə medal şansı uğrunda yarışsalar da, uduzaraq mübarizəni dayandırıblar. Yığma komandamızın digər üzvləri – Ağasif Səmədov (52 kq), Cavidan Qarayev (62 kq) və Abdulla Abdullayev (74 kq) iyunun 23-də mübarizəyə qoşulacaqlar.

“Minsk 2019”un ikinci günündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparıb. Qadınların yarışında Gültac Məmmədəliyeva (52 kq) ilk görüşdə – otuzikidəbir finalda finlandiyalı Katri Kakkonu, səkkizdəbir finalda belçikalı Çarlin Van Sniki məğlub etsə də, növbəti mərhələdə polşalı Aqata Perensə uduzub. Cüdoçumuz təsəlliverici döyüşdə də ümidləri doğrulda bilməyib. O, bürünc medal uğrunda mübarizədə italiyalı Odette Qluffridaya məğlub olub.

Cüdo yığmamızın digər altı üzvü Aişə Qurbanlı (48 kq), Larisa-Aleksandra Florian (52 kq), İçinxorloo Munxtsedev (57 kq), Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq) və Nicat Şıxəlizadə (66 kq) də yarışın birinci günündə uduzaraq mübarizəni dayandırıblar.

Boks yarışlarında onaltıdabir final mərhələsindən mübarizəyə qoşuna dörd idmançımızın hamısı ilk görüşdə qələbə qazanıb. Cavid Çələbiyev (60 kq) Bosniya və Herseqovina təmsilçisi Nikola İvkoviç, Lorenzo Sotomayor (69 kq) ermənistanlı Qurqen Madoyan, Kamran Şahsuvarlı (75 kq) gürcüstanlı Giorgi Harabadze, Loren Alfonso Dominqes (81 kq) isə ukraynalı Stepan Hrekulu məğlub edərək səkkizdəbir finala yüksəliblər. Xatırladaq ki, Oyunların birinci günündə boksçularımızdan Tayfur Əliyev (56 kq) səkkizdəbir finala vəsiqə qazanıb.

“Minsk 2019”da 10 metr məsafəyə tapança ilə atəşaçma üzrə qarışıq komanda yarışının təsnifat mərhələsində Nigar Rəsulova – Ruslan Lunyov dueti 566 xalla 19-cu olub. Kişilər arasında stend atıcılığı yarışında isə Əli Hüseynli 68 xalla 20-ci olub. Bu nəticə təmsilçilərimizin final mərhələsinə adlamalarına kifayət etməyib.

Beləliklə, Oyunların ikinci günündə Azərbaycan idmançıları dörd – 1 gümüş, üç bürünc medal qazanıblar. Komandamız medal sayına görə 10-cu pillədə qərarlaşıb. Ümumilikdə 20 ölkənin idmançıları medal qazanıblar. İlk üç pillədə Rusiya (9-5-4), Belarus (4-2-8) və Gürcüstan (3-3-4) qərarlaşıblar.

“Minsk 2019”a iyunun 30-da yekun vurulacaq.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS