HAVA 39° isti olacaq
Bu günə ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Rakus.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti hökm sürəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında 31-35° isti, Bakıda 33-35° isti təşkil edəcək.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 30-35% olacaq.
Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.
Cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin axşam bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu 34-39° isti, dağlarda 22-27° isti təşkil edəcək.