İdman 03.07.2019 17:25

Yarım əsrin astasında… - FOTO

 

Bu yazını yazmağım maraqlı bir vaxta-Belarusyanın paytaxtı Minsk şəhərində keçirilən İkinci  Avropa Oyunlarına təsadüf edir. Oxucumuz sual verə bilər ki, qəhrəmanımızla bu mötəbər idman yarışının nə əlaqəsi var? Ancaq onu yaxından tanıyanlar yaxşı bilirlər ki, hazırda Türkiyənin Antalya şəhərində yaşayan həmyerlimiz, qardaş ölkədə Azərbaycan diasporunun fəal üzvlərindən biri,  Süleyman Məmmədovun geridə qoyduğu yarım əsrlik ömrünün müxtəlif mərhələlərində idman onun həyatının mərkəzində olub. Yeniyetmə və gənc yaşlarında idmanla müntəzəm məşğul olub, sonradan isə həm vətənimizdə, həm də Türkiyədə bacarıqlı gənc idmançılara dəstək olub, lazım gəldikcə onlara maddi və mənəvi kömək edib. Və hazırda da bu xeyirxah işi davam etdirməkdədir. Mənim idmana, idman jurnalistikasına marağım da xeyli dərəcədə elə onun özü ilə bağlıdır. Belə ki, 10-11 yaşlarımda atamla birlikdə məhz o insan əlimdən tutaraq məni Nizami rayonundakı 13 nömrəli İxtisaslaşmış Olimpiya Uşaq və Gənclər İdman Məktəbinə(İOUGİM)-ə apardı, məni buradakı məşqçi-müəllimlər-Əməkdar məşqçi İbadulla Şahbanov, Vüsal Əhmədovla tanış etdi. İdmanı mənə sevdirdi. Həmin vaxtdan illər ötüb. Mən böyüyüb tələbə olmuşam, onun saçlarına dən düşüb, İbadulla müəllim, Vüsal müəllim neçə-neçə çempionlar yetişdiriblər…

Ötən zaman kəsiyində çox hadisə baş verib əslində. Türkiyədə həm də özünün xeyriyyəçilik fəaliyyəti ilə tanınan Süleyman  Məmmədov xeyli insana kömək əlini uzadıb-kimilərinə maddi dəstək göstərib, kimilərinə iş verib, kimilərinə də sadəcə düz yolu göstərib…Düşünürəm ki, yazımızın həcmini nəzərə alaraq onların hər biri haqda məlumat vermək çətin olar. Sadəcə bir faktı qeyd edim: Azərbaycan Milli İdman Oyunları Assosasiyasının prezidenti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professoru Xanlar Qurbanov da onunla yolu birləşənlər sırasındadır. Bir neçə il əvvəl Süleyman müəllimlə Türkiyədə tanış olublar. İş elə gətirib ki, Süleyman Məmmədov onun da köməyinə çatıb. Bu cür onlarca misal göstərmək olar. Maraqlıdır ki, qarşısına çıxanların əksəriyyəti idmançı və ya idmanla bağlı insanlar olur. Bu, bəlkə də, Süleyman Məmmədovun sözün əsl mənasında sağlam həyat tərzi yaşaması ilə bağlıdır…Qəhrəmanımızın Olimpiya çempinu, cüdoçu Nazim Hüseynovla dostluğu isə daha əvvələ-keçən  əsrin 80-ci illlərinə aiddir. Eyni məhəllədə böyüyüb, birlikdə  oynayıb, məşq edib, zallarda tər töküblər. Nazim Hüseynov həmin illəri belə xatırlayır: “Süleymanla dostluğumuzun, bəlkə də, 40-dan çox yaşı var. Məhəllədə hamı bilirdi ki, biz bir-birimizə necə yaxınıq. Bir-birimizin evinə gedərdik. Mənim valideynlərim onu, onun da valideynləri məni yaxşı tanıyırdılar. Qonşu məhəllənin uşaqları ilə dalaşanda da, futbol oynayanda da, blokumuzun qarşısında quru çörək yeyəndə də həmişə birlikdə olurduq. Azərbaycan cüdosunun ağsaqqallarından olan Tərlan Həsənov bizim ilk məşqçilərimizdən olub. O da yaxşı bilirdi ki, biz necə möhkəm dostuq.”

Süleyman Məmmədovu yaxından tanıyan dostlarından biri Vüqar Novruzov onu təmkinli, səbirli insan kimi səciyyələndirir: “O, özünün yüksək insani keyfiyyətlərinə görə çoxlarına nümunə ola bilər. Heç vaxt tələsik addımlar atmaz, heç kimin qəlbini qırmaz. Ən əsası isə xeyirxahdır. Təsadüfi deyil ki, mənə doğma qardaş kimi əziz olan Süleyman Məmmədov haqqında onu tanıyan hər kəs xoş fikirdədir. Süleymanla ancaq fəxr etmək olar, xüsusilə də onun xeyirxah əməllərinə görə.”

Süleyman Məmmədovu Azərbaycan idmanında, o cümlədən cüdo aləmində öz sözünü demiş çoxları tanıyır. Yuxarıda adını çəkdiyim məşqçilərim İbadulla Şahbanov, Vüsal Əhmədov da belələrindəndirlər. Tez-tez məndən onu soruşur, işləri barədə xəbər alırlar. Sonuncu dəfə isə daha maraqlı hal yaşandı. Çantam çiynimdə müəlllimlərlə görüşmək üçün zala daxil oldum. İkisi ilə də əl tutdum. Adətən danışmağı sevməyən, dindirməsən heç nə deməyən İbadulla müəllim əli ilə divardakı portreti göstərdi: “Bax, Kənan, Nazim Hüseynovdur. Mən, atan, Süleyman aeroportda onu qarşılayanlar arasındayıq…” Nitqinə bir qədər ara verdikdən sonra “O qədər cavanlıq xatirələrimiz var ki. Onlar, həqiqətən, yaxşı dostdurlar. Süleyman bizə çox kömək olub. Bu idman məktəbinin təmirində öz köməkliyini əsirgəməyib”-bu sözləri eşitdikdən sonra üzümə qeyri-iradi xəfif təbəssüm qonur. Süleyman Məmmədovu, gözümü açandan bəri “əmi” deməkdən yorulmadığım insanı tanıdığıma, məhz onun töviyəsi ilə idman aləminə addım atdığıma görə qürur duydum.

Evə qayıdanda yol boyu öz-özümə düşünürəm ki, görəsən, bu günün mistikası nədən ibarət idi ki, İbadulla müəllim xatirələri yada saldı? Çox keçmir ki, xatırlayıram-Süleyman Məmmədovun ömrünün 50-ci baharı yaxınlaşır…Təbrik edirəm, əziz insan! Sizinlə təkcə mən yox, onlarla gənc fəxr edir.

Kənan Novruzov

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO