Məmmədyarov perulu həmkarı ilə görüşdü - FOTO
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Peruya işgüzar səfəri çərçivəsində bu ölkənin Xarici İşlər naziri Nestor Popolizio və Konqresin prezidenti Daniyel Salaverri ilə görüşüb.
Rakus.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva bildirib.
Rəsmilər ikitərəfli əlaqələrin inkişafını, regional məsələləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə ediblər.
E. Məmmədyarov Azərbaycanın Sakit okean Alyansına (SOA) müşahidəçi üzv qəbul edilməsinə verdiyi dəstəyə görə həmkarına təşəkkürünü bildirib.
Nazir Azərbaycanın Alyans ilə əməkdaşlıqda maraqlı olduğunu və təşkilat çərçivəsində yaradılmış imkanlardan yararlanaraq SOA-nın Asiya ölkələri ilə ticarət əməkdaşlığında fəal iştirak imkanlarının olduğunu diqqətə çatdırıb.
Görüş zamanı, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətində SOA çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.