Gündəm 05.07.2019 14:57

İyul-avqust aylarında sel və daşqınlar olacaq

“Azərbaycanda əsasən Böyük Qafqazın cənub yamacı və Naxçıvan Muxtar Respublikasının dağlıq əraziləri sel təhlükəli ərazilərdir”.

Rakus.az xəbər verir ki, bu barədə  açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. O bildirib ki, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Kiçik Qafqaz, Quba-Xaçmaz bölgəsinin ərazilərindəki çaylarda da tarixi sellər müşahidə olunur.

A.Verdiyevin sözlərinə görə, son illərdə daşqın və sel hadisələrində artım tendensiyası müşahidə olunur: “Əsasən Böyük Qafqaz ərazisindəki çaylarda daşqınlar daha çox olur”.

Baş hidroluq bildirib ki, yay aylarında çaylarda sululuq azalır: “İyun, iyul və avqust ayları, xüsusən də iyul və avqustda yağıntılar az düşür, hava şəraiti isti keçir. Çaylarda buxarlanma artır, bunun nəticəsində çaylarda sululuq azalır. Bu ilin aprel-may aylarında yağıntılar nisbətən çox olsa da, iyunda sululuq normadan az olub. Buna baxmayaraq, sel və daşqınların ən çox müşahidə olunduğu aylar iyul-avqust aylarıdır. Çünki uzun müddət istilər, quraqlıq olur, çayın hövzəsinə yağan leysan yağışlar nəticəsində sel hadisəsi müşahidə edilir”.

A.Verdiyev qeyd edib ki, son illərdə ən güclü  sel 2016-cı ilin iyulun 2-dən 3-nə keçən gecə müşahidə olunub.

Onun sözlərinə görə, iyul-avqust aylarının ayrı-ayrı günlərində çay hövzəsinə leysan yağışlar yağarsa, sel hadisəsi istisna olunmur: “Qeyd edim ki, yaxın 3 gündə respublikanın şimal və qərb rayonlarında yağış yağacaq. Leysan xarakterli yağışların gözlənilməsi ilə əlaqədar dağ çaylarında, xüsusən də Böyük və Kiçik Qafqazın çaylarında qısa müddətli sel və daşqınlar istisna olunmur”.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS