Siyasi 09.07.2019 12:42

Prezident: “Biz güclü, qüdrətli dövlət qura bildik”

Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş VI müşavirənin iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Hörmətli müşavirə iştirakçıları!

Sizi salamlayır və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə təbrik edirəm.

Şərqdə, müsəlman dünyasında ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında İstiqlal Bəyannaməsində təsbit olunduğu kimi, bütün millətlərlə dost münasibətlər yaratmaq Cümhuriyyətin xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdi.

Ötən il 100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi qısa müddət ərzində böyük işlər görə bilmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın 1919-cu ildə qəbul edildiyi tarix – iyulun 9-u Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir. Bu gün həmin tarixdən düz 100 il keçir.

Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası da Azərbaycan Xalq Cümhuriyyətinin üzləşdiyi çətinliklərlə qarşılaşmışdı. Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları və torpaqlarımızın işğalı, mürəkkəb siyasi proseslər, sosial-iqtisadi problemlər müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasının taleyini sual altına qoymuşdu.

1993-cü ilin iyununda xalqın israrlı tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı tariximizdə dönüş nöqtəsi oldu. Heydər Əliyev Azərbaycanı o ağır vəziyyətdən qurtararaq inkişaf yoluna çıxardı, ölkəmiz bütün sahələrdə inamla irəliyə doğru addımlamağa başladı və xarici siyasət strategiyamızın təməl prinsipləri müəyyən olundu. Ötən dövr ərzində biz güclü, qüdrətli dövlət qura bildik və bu gün biz əminliklə deyə bilərik ki, Azərbaycan dövləti heç vaxt indiki kimi güclü olmamışdır.

Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan, beynəlxalq aləmdə böyük nüfuza malik olan bir ölkədir. Bizimlə əməkdaşlıq edən ölkələrin sayı daim artır. Biz dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etmişik. Biz bütün digər aparıcı beynəlxalq təşkilatlarla çox sıx əməkdaşlıq edirik. Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi tanınır, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir və buna görə də ölkəmizə böyük hörmət və rəğbətlə yanaşırlar.

Ölkəmizin xarici siyasəti uğurlu daxili siyasətimizin davamıdır. Müstəqilliyimizin möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin beynəlxalq birliyin fəal üzvünə çevrilməsində diplomatlarımızın, diplomatik xidmət orqanlarımızın müstəsna xidmətləri var.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə son qoyulması, işğal olunmuş ərazilərimizin azad edilməsi və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi xarici siyasətimizin gündəliyində duran ən vacib məsələdir. Ardıcıl diplomatik səylərimiz nəticəsində beynəlxalq ictimaiyyət ölkəmizin ərazi bütövlüyü və suverenliyini, münaqişənin məhz bu prinsiplər əsasında həllini qətiyyətlə dəstəkləyir.

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Xarici İşlər Nazirliyinin, səfirliklərimizin və nümayəndəliklərimizin əməkdaşlarına, xarici siyasət sahəsində çalışan bütün şəxslərə bir daha ən səmimi təbriklərimi yetirir, Azərbaycanın milli maraqlarının qorunması, ölkəmizin beynəlxalq aləmdə layiqincə təmsil olunması və xarici siyasət xəttinin müvəffəqiyyətlə həyata keçirilməsi kimi məsul və şərəfli işdə uğurlar arzulayıram”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO