Gündəm 12.07.2019 08:45

BÜRCLƏR – 12 iyun

Qoç – sizi maraqlandıran sahədə irəliləyişə nail olmaq üçün ciddi səy göstərməyiniz gərəkdir. Strateq olun, məntiqli taktika qurun. Ani hisslərin əsiri olmayın, eyni zamanda “qlobal hədəf”lərə də aludə olmayın.

Genişmiqyaslı layihələrə başlamaq olar.

Günün ikinci yarısında şəxsi münasibətlərdə problemlər yaratmayın. Arqumentlərdən istifadə edin, əməllərinizə nəzarəti əldən verməyin. Qarşılıqlı güzəştlərə zərurət duyulur.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Buğa – fəaliyyət sahənizdə təkmilləşmək və irəliləmək üçün potensial var. Gündəlik qayğıların çözülməsinə yaradıcı yanaşsanız, yaxşı nəticələr əldə edəcəksiniz. Kreativlik və müstəqil təfəkkürlə bahəm, intizama meylli olun.

Günün ilk yarısında başladığınız işləri başa vurmağa çalışın.

Günün ikinci yarısında yeni işlərə başlamayın. Genişmiqyaslı fəaliyyət və ya layihə problemlər vəd edir. Həmkarlar, müştərilərlə təmaslarınız aktiv olacaq. Yazışmalarda passivlik etməyin.

Səhhətinizin qeydinə qalın.

Əkizlər – mənasız illüziyalar və səbəbsiz nikbinlikdən uzaq olun. Situasiyanı olduğu kimi qəbul etsəniz, seçim asanlaşacaq. Məqsədə çatmaq üçün inadla çalışın.

Əhvalınızın dəyişməsi istisna deyil. İstəklərinizdəki qeyri-müəyyənlik əməllərinizə fəsadlı təsir etməməlidir.

Günün ikinci yarısında yanlış yolu seçməyin. Diqqətli olun. Yeni layihənin müsbət və mənfi tərəflərini diqqətlə hesablayın. Maddi rifah səviyyənizi yüksəltmək üçün zəruri addımlar atın.

Axşam saatlarını evdə keçirin.

Xərçəng – çoxdan bəri məşğul olduğunuz işin bəhrəsini görəcəksiniz. Əhvalınız pis olmayacaq. Dayanıqlı hisslərə can atırsınızsa, emosional olmayın. Hisslərinizə nəzarət edin.

Günün ikinci yarısında yeni əlaqələrin yaradılması və təmasların qurulması xeyli vaxtınızı alacaq. Buna rəğmən istədiyiniz nəticəni əldə etməyəcəksiniz. Axşam saatlarında ifrat yorğunluq və ya orqanizminizdə qəfil ağrının yaranması istisna deyil.

Problem varsa, mütləq həkimə baş çəkin.

Şir – mövcud durumdakı prioritetləri dürüst müəyyənləşdirin. Tələbat və zərurət ierarxiyasını normal bəlirləsəniz, seçdiyiniz istiqamətdəki addımlarınız uğurlu olacaq. Yanlış yönlərə sapmayın.

Günün ikinci yarısında maliyyə, nəqliyyat və informasiya məsələlərinin tənzimlənməsi ilə məşğul olun. Laqeyd, hadisələrdən təcrid olunmuş insan təsiri bağışlamayın. Alış-verişdə pul xərcləyərkən maliyyə vəsaitinizin qədrini bilin. Əks təqdirdə əsla ehtiyac duymadığınız əşyaları satın ala bilərsiniz.

Dəyər verdiyiniz insanı xoş sözlərlə sevindirin.

Qız – istirahət və əyləncə planlarını təxirə salın. Qarşıda həllini gözləyən problemlər var. Mühüm sənədləri qaydaya salın. Zəruri danışıqları ertələməyin. Biznes tərəfdaşları ilə ünsiyyətlər pis alınmayacaq.

Yaşanan olaylarla bağlı məlumatlarınızı günün ikinci yarısında artırın. Vurnuxmalara qatılmayın. Tələskənliyə yol verməyin. Biliklərinizi artırın. Situasiyanın təfərrüatlarından hali olun. Peşəkar fəaliyyət müstəvisindəki mövqelərinizi daha səbatlı edin.

Yarımçıq iş qoymayın.

Tərəzi – yaradıcılıq, innovasiyalar üçün faydalı zamandır. Maraqlarınızı təmin edəcək işlərlə məşğul olun. Problemlərin həllində yeni variantlardan istifadə edin. Kreativ olun, sınanmış metodları bütün dərdlərə çarə saymayın. Tərəfdaşlarla birlikdə yaxın gələcəyə hesablanmış perspektiv plan çərçivəsində hərəkət etsəniz, işləriniz daha yaxşı alınar.

Günün ikinci yarısında şərtlərə əməl edin. Ailə üzvlərinin istəklərini və tələblərini nəzərə alın. Daşınmaz əmlak, təmir, inşaatla bağlı işlərdə maliyyə imkanlarınızı dəqiq hesablayın.

Əqrəb – işgüzar tərəfdaşlığın effektiv olması üçün əlinizdən gələni edin. Tərəfdaşlarınızla münasibətlərinizdə həll olunmamış məsələlər varsa, diqqətli və sayıq olun. Şəriklərlə tərəfdaşlar ciddi ziyan çəkməmiş situasiyanı aydınlaşdırmağa çalışın.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan birinin rəğbətini qazanmaq istəyirsinizsə, az danışıb çox iş görün. Hisslərinizin izharı yalnız praktikada mümkündür. Sözlər isə unudulacaq.

Axşam saatlarında gəzintiyə çıxın.

Oxatan – işgüzar təmaslara və danışıqlara xüsusi fikir verin. Emosiyalara uymayın. Diqqətli olun, qarışıq situasiyalarla sayıq davranın. Qarşı tərəfin nə istədiyini müəyyənləşdirməmiş aktiv addımlar atmayın.

Günün ikinci yarısında “oyun qaydaları”nı pozmayın. Ayıq olun. Sizi aldatmağa, tora salmağa çalışacaqlar. Önəmli sənədləri imzalamağa tələsməyin. Pulunuzun qədrini bilin. Şəxsi münasibətlərdə əlahiddə uğur gözləməyin.

Oğlaq – bilik və bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin. Məqsədə doğru qətiyyətlə irəliləyin. Aktiv olun, süstlüyə qapılmayın. Ətalət inkişafın düşmənidir. İntellektual və fiziki işi növbələşdirin.

Günün ikinci yarısında inadkar, əzmkar olsanız, ciddi irəliləyiş istisna deyil. Yeni fəaliyyət sahəsində özünüzü sınamaq istəyirsinizsə, riskli addımlar atmayın.

Qərarlarınız düşünülmüş, davranışınız təmkinli olmalıdır.

Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.

Dolça – günün ilk yarısından etibarən faydalı məlumatlar, fəaliyyət prosesində gərəkli informasiyalar əldə etməyə çalışın. Mürəkkəb problemin çox sadə və asan həlli var. Ciddi əməliyyata başlamazdan əvvəl bütün şərtlərlə tanış olun.

Günün ikinci yarısında işlərin çoxluğu sevdiyiniz insana qarşı diqqətsizliyə və laqeydliyə səbəb olmamalıdır. Çətin dövrün müvəqqəti olduğunu ona anladın.

Axşam saatlarını istirahətə həsr edin.

Balıqlar – günün ilk yarısında işgüzar görüşlər və müzakirələr yaxşı nəticələr verəcək. İstənilən dialoqda yalnız yoxlanılmış informasiyadan istifadə edin. Bələd olmadığınız məsələlərlə bağlı danışmayın. Konkret rəqəmlər, faktlar və müddətləri müəyyənləşdirin.

Günün ikinci yarısında tənbəllik etməyin. İllüziyalara qapılmayın, arzuların əsirinə çevrilməyin. Daha fəal tərəfdaşların intensiv iş rejiminə uyğunlaşın. İşdə həmkarlarınızı üstələməyə can atın.(milli.az)

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS