İdman 12.07.2019 10:35

Cavab oyununu düşünmək lazımdır – Bordin

“Əlbəttə, nəticədən çox razıyam. Ancaq ən çox futbolçuların yeni mövsümdə ilk oyuna yanaşmalarından razı qaldım. İlk dəqiqələrdən istəkli, motivasiyalı idilər. Mənim üçün əsas bu, idi. Artıq mərhələni keçdiyimizi fikirləşmək böyük axmaqlıq olardı. Buna görə cavab oyununu düşünmək lazımdır. Bizi qarşıda hələ bir həftə gözləyir. Cavab oyununa da yaxşı hazırlaşmalıyıq”.

Rakus.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Roberto Bordin Moldovada “Sperantsa”ya 3:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşündən sonra mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis digər sualları da cavablandırıb…

– Düşünmürsünüzmü ki, asan qələbə oldu?

– İndi bəziləri belə düşünə bilər. Ancaq bu, belə deyildi. Meydanın vəziyyəti də yaxşı deyildi. İlk hissədə rəqib qapımıza cəmi 1 zərbə vurdu. Yeni mövsümdə ilk rəsmi matça yaxşı başlamağımız mühüm idi. Futbolçularıma tapşırmışdım ki, oyuna diktə edən tərəf biz olaq.

– Adətən, səfər komandaları müdafiə futbolu oynayır. Ancaq siz hücum futbolu göstərdiniz. Bu, ondan irəli gəlir ki, Moldova çempionatını yaxşı tanıyırsınız, yoxsa komandanıza inanırsınız?

– Əlbəttə, ona görə hücum futbolu seçdim ki, futbolçuların xüsusiyyətlərinə bələdəm. Mənə elə gəlir ki, futbolçular hər şeyi düzgün yerinə yetirdilər.

– Rəhman Hacıyev oyuna yaxşı qoşularaq gözəl qola imza atdı. Onu yenidən “Neftçi”nin əsas heyətində görə biləcəyik?

– Rəhmanla yanaşı, digər oyuna qoşulanları da qeyd etmək lazımdır. Hamı yaxşı oyun göstərdi. Bizdə yaxşı futbolçular çoxdur, rəqabət güclüdür. Buna görə heyətdə rotasiya edə bilərik.

– “Neftçi” çoxdandır avrokuboklarda belə inamlı qələbə qazanmırdı. Bu fakt sizin üçün nə dərəcədə önəmlidir?

– Nəticə vacibdir. Ancaq mənim üçün bundan önəmli olan futbolçuların istəyi, oyuna yanaşmalarıdır. Əlbəttə, 3 qol vurmaq çox xoşdur. Amma fiziki formada yaxşı olan belə rəqibə qarşı düzgün oynamaq daha önəmli idi.

– Gənc futbolçu İsmayıl Zülfüqarlını meydana buraxdınız. Bu, hesabın verdiyi rahatlıq idi, yoxsa onu meydanda tez-tez görəcəyik?

– Çox yaxşı gənc futbolçudur. Bizdə digər belə oyunçular var. Hesab bu cür olanda, İsmayıla Avropa Liqasında debüt etmək imkan verdim. Bəli, 3:0 öndə olmağımız mənə bu qərarı verməyimə imkan yaratdı (Report).

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS