Gündəm 15.07.2019 09:52

Qarabağ bölgəsində yeni arxeoloji abidələr aşkar edildi - FOTO

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Qarabağ neolit-eneolit ekspedisiyası” 2019-cu il çöl-tədqiqat planına əsasən may – iyun aylarında, Aran Qarabağ ərazisində arxeoloji tədqiqat işləri aparmışdır. 2019-cü ildə arxeoloji kəşfiyyat işləri əsasən Bərdə və Füzuli rayonları ərazisində gerçəkləşmiş, Ağdam rayonu ərazisində yerləşən bir çox abidədə isə monitorinq işləri aparılmış, onların mühafizə vəziyyəti yoxlanılmışdır. Sultanbud meşəsi bütünlüklə arxeoloji kəşfiyyata cəlb olunmuş, müxtəlif dövrlərə aid arxeoloji abidə elektron şəkildə qeydiyyata alınaraq xəritələşdirilmişdir.

Rakus.az xəbər verir ki, bu haqda məlumat AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən verilib.

Xaçınçay-Tərtərçay vadisində aşkar edilmiş neolit dövrü abidələrində arxeoloji kəşfiyyat qazıntılarının aparılması bu il də davam etdirilmişdir. Belə ki, bu tədqiqat mövsümündə 3 saylı Əmirli neolit dövrü yaşayış məskənində arxeoloji qazıntı işləri aparılmışdır.

“Qarabağ neolit-eneolit ekspedisiyası”nın rəhbəri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Xəqani Alməmmədovun bildirdiyinə görə, qazıntılar nəticəsində 3 saylı Əmirli abidəsində neolit dövrünə aid mədəni təbəqənin qalınlığının təxminən 2 m olduğu müəyyənləşdirildi. Memarlıq nümunələri dairəvi və oval plan quruluşa malik, samansız çiy kərpiclə inşa edilmiş yarımqazma və yerüstü tikililərdir.

Abidədə multidisiplinar tədqiqatların aparılmasına da başlanılmışdır. Qədim yaşayış məskəninin mövcud olduğu dövrdə baş vermiş iqlim dəyişkənliyi və bu prosesin insanların həyat tərzinə necə təsir etdiyi haqqında dəqiq ümumiləşdirmələr aparmaq üçün müxtəlif dərinliklərdən torpaq nümunələri götürülmüşdür. Həmin nümunələr əsasında AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya və Geologiya və Geofizika İnstitutlarının müvafiq laboratoriyalarında paleonoloji analizlər aparılacaqdır.

3 saylı Əmirli yaşayış yerinin mövcud olduğu xronoloji çərçivənin müəyyənləşdirilməsi istiqamətində də tədqiqatlar aparılır. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) kiçik elmi işçisi, “Arxeoloji tapıntıların tarixləndirilməsi” qrupunun üzvü Aybəniz Əhədova qazıntılarda iştirak edərək nümunələr götürmüş və nümunələrin götürüldüyü nöqtələrdə radiasiya fonunu ölçmüşdür. Qeyd edək ki, götürülmüş nümunələrin Termolüminessensiya və Elektron Paramaqnit Rezonans metodlarının tətbiqilə müvafiq analizlər aparılaraq onların şərti yaşları təyin olunacaqdır.

3 saylı Əmirli yaşayış yeri Qarabağ düzənliyinin şimal hissəsində yerləşir və onun tədqiqatı ümumilikdə, Qarabağ düzənliyində neolit mədəniyyətinin təşəkkülü, bu mədəniyyətin yayılma istiqamətləri və mərhələləri, Qarabağ neolitinin xronoloji çərçivəsinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

“AMEA Rəyasət Heyətinin Qarabağın işğaldan azad edilmiş ərazilərində arxeoloji tədqiqat işlərinin aparılması haqqında 11 iyun 2014–cü il tarixli 12/1 saylı qərarına əsasən, Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilmiş ərazilərində də arxeoloji kəşfiyyat işləri aparılmışdır. Qeyd etmək istərdik ki, qeydiyyata alınmış abidələrin əksəriyyəti müharibə səbəbindən böyük dağıntılara məruz qalmışdır. Aparılan kəşfiyyat işləri nəticəsində onlarla müxtəlif dövrlərə aid arxeoloji, tarixi-memarlıq abidəsi qeydiyyata alınaraq xəritələşdirilmişdir. Ekspedisiya tərəfindən aşkar edilmiş neolit dövrünə aid Horadiz yaşayış yeri ekspedisiyanın əsas tədqiqat obyekti olaraq seçilmiş, onun ərazisində topoqrafik ölçmə işləri aparılmışdır. Növbəti tədqiqat mövsümündə burada geniş miqyaslı arxeoloji qazıntı işlərinin aparılması planlaşdırılır. Horadiz yaşayış yeri Qarabağ bölgəsində qeydiyyata alınmış, coğrafi baxımdan bizə məlum olan ən cənub neolit dövrü abidəsidir” – deyə X.Alməmmədov bildirmişdir.

 

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS