Iki qadın güləşçi gümüş medal qazandı
Azərbaycanın qadın güləşçiləri Gültəkin Şirinova və Mərziyə Sadıqova “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşlərini keçirib.
Rakus.az xəbər verir ki, Gültəkin Şirinova (46 kq) finalda uduzaraq gümüş medal qazanıb. O, həlledici dueldə Rumıniya təmsilçisi Georgiana-Lavinia Antuka ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan Şirinova gümüş medalla kifayətlənib.
61 kq çəki dərəcəsində mübarizə aparan Mərziyə Sadıqova isə həlledici dueldə İtaliya təmsilçisi Aurora Russo ilə üz-üzə gəlib. Rəqibinə 4:10 hesabı ilə məğlub olan Sadıqova gümüş medalla kifayətlənib.
Xatırladaq ki, Azərbaycan güləşçiləri hələlik 4 qızıl, 3 gümüş və 1 bürünc medal əldə ediblər. Bu gün həmçinin güləşçilərdən biri final, digəri bürünc medal görüşünə çıxacaq.