“Qəbələ” – “Dinamo” oyununun start heyətləri açıqlandı
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qəbələ” (Azərbaycan) – “Dinamo” (Gürcüstan) matçının heyətləri açıqlanıb.
Rakus.az xəbər verir ki, bu gün Qəbələdə keçiriləcək qarşılaşmadan az əvvəl hər iki komanda oyunun protokolunu doldurub.
Bununla da rəqiblərin start heyəti və ehtiyat oyunçuları müəyyənləşib. Saat 19:00-da başlayacaq görüşdə komandalar aşağıdakı heyətlə çıxış edəcək.
Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun
25 iyul
19:00. “Qəbələ” – “Dinamo” (Tbilisi, Gürcüstan)
Baş hakim: Nikolas Uolş
Qəbələ: 1. Anar Nəzirov, 2. Amin Seydiyev, 3. İvitsa Juniç, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Davit Volkov, 10. Klesio Bauk, 14. Ülvi İsgəndərov, 21. Fernan Lopez, 74. Yusif Nəbiyev, 77. Merab Qiqauri.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 11. Asif Məmmədov, 13. Kristian Kouakou, 19. Rövlan Muradov, 28. Murad Musayev.
Baş məşqçi: Sənan Qurbanov
“Dinamo”: 1. Xose Perales, 3. Viktor Monxil, 5. Davit Kobouri, 8. Georgi Kuxianidze, 10. Levan Şengeliya, 15. Georgi Papava, 16. Georgi Kimadze, 19. Levan Kutalya, 24. Nodar İaşvili, 32. Nika Ninua, 38. Nodar Kavtaradze
Ehtiyat oyunçular: 12. Sergey Litovçenko, 2. Quca Ruxaia, 6. Bakar Kardava, 7. Georgi Zarya, 9. Kvame Karikari, 11. Akaki Şulaya, 14. Arpanq Daffe
Baş məşqçi: Feliks Visente Miranda