YENİLƏNDİ-2: Atletika üzrə Fransa, üç təkanla tullanmada Kipr çempion oldu - FOTO
XV Avropa Gənclər Olimpiya Festivalının oğlanlar arasında üç təkanla tullanma yarışında kiprli Qriqoris Nikolaou (15,45 m) qızıl medal qazanıb.
Rakus.az xəbər verir ki, Rusiya təmsilçisi Vladislav Aleksandrin (15,38 m) ikinci, fransalı Simon Qore (15,33 m) isə üçüncü pillədə qərarlaşıblar.
Yarışların sonuncu günündə qızlar arasında hündürlüyə tullanma növündə Rusiya atleti Adelina Xalikova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İsveçrə təmsilçisi Marithe Enqondo gümüş, kiprli Stiliana İoannidou (Kipr) isə bürünc medalla kifayətlənməli olublar.
12:23
“EYOF 2019”un atletika yarışlarının sonuncu günündə 100 metr məsafəyə maneələrlə qaçış üzrə çempion müəyyənləşib.
Rakus.az xəbər verir ki, yarışda fransalı Lea Vendome 13,52 saniyə nəticə ilə qızıl medal qazanıb.
Gümüş medala 13,53 saniyə nəticə ilə Almaniya təmsilçisi Franziska Şuster sahib olub. İlk üçlüyü isveçrəli Ditaci Kambundci (13,63) tamamlayıb.
11:05
İyulun 27-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının sonuncu günündə həm qızların, həm də oğlanların yarışlarında bürünc və qızıl medallar uğrunda görüşlər keçirilir.
Rakus.az xəbər verir ki, Bakı Tennis Akademiyasında keçirilən yarışda oğlanların mübarizəsində bürünc medal uğrunda italiyalı Nikkolo Çiavarella çexiyalı Hinek Barton, qız tennisçilərdə isə çexiyalı Dominika Salkova fransalı Ouşen Babel ilə qarşılaşırlar.
Finalda isə oğlanlardan ispaniyalı Daniel Merida latviyalı Vilius Qaubas ilə üz-üzə gəliblər. Qızların yarışında isə çempion adı uğrunda rusiyalı Mariya Şoloxova britaniyalı Matilda Mutavdziç ilə görüşür. (AZƏRTAC)