Müdafiə naziri Pakistana başsağlığı verdi
Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayata, Ordu komandanı general Qamar Caved Bacvaya və Federal Müdafiə naziri cənab Pervez Xattaka başsağlığı ünvanlayıb.
Rakus.az xəbər verir ki, Müdafiə Nazirliyindən daxil olan başsağlığında deyilir: “Hərbi təyyarənin qəzaya uğraması nəticəsində qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbəri məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin”.
Xatırladaq ki, Pakistanda hərbi təyyarənin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb.
Təyyarə ölkənin şimalındakı Ravalpindi şəhəri üzərində təlim keçirmiş. Aviaqəzadan sonra yanğın baş verib və bir neçə binanı bürüyüb.