Əlimizdən gələni edəcəyik – Vinni Pert
Səfərimiz uzun çəksə də hər şey qaydasındadır. Birazdan məşqlərə başlayacağıq. Oyuna hazırıq və məşqdən sonar klubun iclası olacaq.
Rakus.az xəbər verir ki, bu fikirləri İrlandiyanın “Dundalk” klubunun baş məşqçisi Vinni Pert “Qarabağ” ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsinin cavab oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında səsləndirib.
O deyib: “Qarabağ” klubu daha yaxşı formadadır. Sabahkı oyunda rəqiblə mübarizə aparacağıq, növbəti mərhələ uğrunda əlimizdən gələni edəcəyik”.
Məşqçi Ağdam təmsilçisinin topa daha çox nəzarət edən tərəf olacağını qeyd edib: “Daha effektli hücumlar etməyə çalışacağıq. Sabahkı qarşılaşma çox vacibdir. Bundan öncəki mərhələdə penalti seriyasında qələbə qazandığımızı nəzərə alsaq, bu dəfə də penaltilərə hazırıq. Lakin matçın taleyinin 90 dəqiqə ərzində həll olunacağını düşünürəm”.
Xatırladaq ki, iyulun 31-də “Dalğa Arena”da keçiriləcək “Qarabağ” – “Dundalk” qarşılaşması saat 21:00-da başlayacaq.