FIFA ilin futbolçusu adına namizədləri açıqladı
FIFA ötən mövsümün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.
Rakus.az xəbər verir ki, “The Best” mükafatına on futbolçu namizəddir:
Kriştiano Ronaldo (“Yuventus” / Portuqaliya), Frenki de Yonq (“Ayaks” / Hollandiya), Matteis de Liqt (“Ayaks” / Hollandiya), Eden Hazard (“Çelsi” / Belçika), Harri Keyn (“Tottenhem” / İngiltərə), Sadio Mane (“Liverpul” / Seneqal), Kilian Mbappe (PSJ / Fransa), Lionel Messi (“Barselona” / Argentina), Məhəmməd Salah (“Liverpul” / Misir), Vircil van Dayk (“Liverpul” / Hollandiya).
FIFA-nın saytındakı sorğuda azarkeşlər ilin futbolçusunu müəyyənləşdirəcək. Qalibin adı sentyabrın 23-ü, Milanda keçiriləcək tədbirdə açıqlanacaq.
Xatırladaq ki, ötən mövsüm bu mükafatı Xorvatiya millisinin və “Real”ın yarımmüdafiəçisi Luka Modriç qazanmışdı.
🚨 Ready? 🚨#TheBest Men’s Player nominees:
🇵🇹@Cristiano
🇳🇱@DeJongFrenkie21
🇳🇱 Matthijs de Ligt
🇧🇪@hazardeden10
🏴@HKane
🇸🇳 Sadio Mane
🇫🇷@KMbappe
🇦🇷 Lionel Messi
🇪🇬@MoSalah
🇳🇱@VirgilvDijkVoting NOW OPEN 👇https://t.co/nw6p9KIcc6
— FIFA.com (@FIFAcom) July 31, 2019