Xəbər verdiyimiz kimi avqustun 5-də Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq. Rakus.az xəbər verir ki, III raunda hələ start verilmədiyindən, komandalar püşkatmaya cütlük olaraq qatılacaq.
Püşk iki hissəyə bölünəcək. Əsas yolda mübarizə aparan “Neftçi” “Bney Yehuda” səddini keçəcəyi təqdirdə, pley-offda səpələnməmişlər sırasında yer alacaq. Təmsilçimiz səpələnmişlərdə qərarlaşan 13 nisbətən güclü cütlüklərdən (“Pünik” – “Vulverhempton” istisna) birinin potensial rəqibi olacaq. Mümkün rəqiblər arasında PSV, “Trabzonspor”, “Ayntraxt”, “Feyenoord” və “Espanyol” kimi klubların qərarlaşdığı cütlüklər də var.
Çempionlar Liqasının III təsnifat mərhələsində APOEL-lə qarşılaşan “Qarabağ”ın da Avropa Liqasındakı potensial rəqibləri püşkatmada müəyyənləşəcək. Azərbaycan çempionu Kipr klubuna məğlub olaraq ÇL-lə vidalaşsa, Çempionlar yolunda olacaq. APOEL – “Qarabağ” cütlüyü püşk zamanı güclülərin səbərində qərarlaşacaq.
Ümumiyyətlə, ÇL-in III mərhələsinin 6 cütü AL-in Çempionlar yoluna “düşəcək”. Onların məğlubları Avropa Liqasına yuvarlanacaq. Avropa Liqasının Çempionlar yolundakı 10 cütdə isə qaliblər mübarizəni davam etdirəcək. “Qarabağ”la APOEL-in təşkil etdiyi cütün məğlubu Avropa Liqasına daha öncədən keçən çempionlardan biri ilə qarşılaşacaq.
Xatırladaq ki, Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-da keçiriləcək.
Avropa Liqası
Pley-off mərhələsi
Çempionlar yolu
Səpələnmişlər
ÇFR (Rumıniya) – “Seltik” (Şotlandiya) cütünün məğlubu
APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan) cütünün məğlubu
PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya) cütünün məğlubu
”Dinamo” (Xorvatiya) – “Ferensvaroş” (Macarıstan) cütünün məğlubu
“Srvena Zvezda” (Serbiya) – “Kopenhagen” (Danimarka) cütünün məğlubu
“Maribor” (Sloveniya) – “Rusenborq” (Norveç) cütünün məğlubu
Səpələnməmişlər
“Sutyeska” (Monteneqro) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi
“Makkabi” (Təl-Əviv, İsrail) – “Suduva” (Litva) cütünün qalibi
“Ararat” (Ermənistan) – “Saburtalo” (Gürcüstan) cütünün qalibi
“Riqa” (Latviya) – HİK (Finlandiya) cütünün qalibi
“Lüdoqorets” (Bolqarıstan) – TNS (Uels) cütünün qalibi
“Sarayevo” (Bosniya və Herseqovina) – BATE (Belarus) cütünün qalibi
“Düdelanj” (Lüksemburq) – “Nomme Kalyu” (Estoniya) cütünün qalibi
“Astana” (Qazaxıstan) – “Valletta” (Malta) cütünün qalibi
“Şerif” (Moldova) – AIK (İsveç) cütünün qalibi
“Slovan” (Slovakiya) – “Dandolk” (İrlandiya) cütünün qalibi
Əsas yol
Səpələnmişlər
“Hoqesun” (Norveç) – PSV (Hollandiya) cütünün qalibi
“Sparta” (Çexiya) – “Trabzonspor” (Türkiyə) cütünün qalibi
“Antverpen” (Belçika) – “Viktoriya” (Çexiya) cütünün qalibi
“Brondbü” (Danimarka) – “Braqa” (Portuqaliya) cütünün qalibi
AEK (Kipr) – “Gent” (Belçika) cütünün qalibi
“Legiya” (Polşa) – “Atromitos” (Yunanıstan) cütünün qalibi
“Vaduts” (Lixtenşteyn) – “Ayntraxt” (Almaniya) cütünün qalibi
“Styaua” (Rumıniya) – “Mlada Boleslav” (Çexiya) cütünün qalibi
“Feyenoord” (Hollandiya) – “Dinamo” (Gürcüstan) cütünün qalibi
“Lütsern” (İsveçrə) – “Espanyol” (İspaniya) cütünün qalibi
“Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi
“Partizan” (Serbiya) – “Yeni Malatyaspor” (Türkiyə) cütünün qalibi
“Pünik” (Ermənistan) – “Vulverhempton” (İngiltərə) cütünün qalibi
Səpələnməmişlər
“Norçepinq” (İsveç) – “Hapoel” (Beer-Şeva, İsrail) cütünün qalibi
“Torino” (İtaliya) – “Şaxtyor” (Belarus) cütünün qalibi
“Austriya” (Avstriya) – “Apollon” (Kipr) cütünün qalibi
“Mölde” (Norveç) – “Aris” (Yunanıstan) cütünün qalibi
“Lokomotiv” (Bolqarıstan) – “Strasburq” (Fransa) cütünün qalibi
“Tyun” (İsveçrə) – “Spartak” (Rusiya) cütünün qalibi
“Midtyulland” (Danimarka) – “Reyncers” (Şotlandiya) cütünün qalibi
“Mariupol” (Ukrayna) – “Alkmaar” (Hollandiya) cütünün qalibi
“Riyeka” (Xorvatiya) – “Aberdin” (Şotlandiya) cütünün qalibi
“Ventspils” (Latviya) – “Vitoriya” (Portuqaliya) cütünün qalibi
MOİK (Bolqarıstan)/“Osiyek” (Xorvatiya) – “Zarya” (Ukrayna) cütünün qalibi
“Neftçi” (Azərbaycan) – “Bney Yehuda” (İsrail) cütünün qalibi
“Universitatya Krayova” (Rumıniya) – AEK (Yunanıstan) cütünün qalibi