Gündəm 05.08.2019 19:26

Geomaqnit qasırğası insult riskini artırır

“Geomaqnit qasırğalarının orqanizmə bir çox mənfi təsirləri ola bilər. Bu, daha çox ürək, qan-damar və sinir sisteminə mənfi təsir edir. Atmosfer təzyiqində baş verən dəyişikliklər artıq çəkili, ürək-damar problemlərindən əziyyət çəkənlər, infarkt keçirmiş şəxslər üçün daha çox narahatlıq yaradır”.

Rakus.az xəbər verir ki, иunu e-tibb.az-a kardioloq Oqtay Musayev deyib.

Onun sözlərinə görə, qeyd olunan xəstəliklərdən əziyyət çəkən, eləcə də yaşlı insanlar elektromaqnit dalğalarında olan dəyişiklikləri daha çox hiss edirlər.

Kardioloq bildirib ki, maqnit qasırğasının təsirləri əsasən bir neçə gün özünü büruzə verir: “Daha çox meteohəssas insanlarda təzyiqin birdən-birə dəyişməsi qeydə alınır. Bu müddətdə tamamilə sağlam insanlarda belə, qan təzyiqinin yüksəlməsi halları olur”.

O. Musayev geomaqnit qasırğası gözlənilən günlərdə Günəş şüalarının birbaşa təsiri altında və açıq havada olmamağı, saat 10:00-dan saat 17-18-ə kimi bayıra çıxmamağı, sərin yerdə vaxt keçirməyi, gün ərzində 2 litrədək maye qəbul etməyi tövsiyə edib.

Həkim vurğulayıb ki, təzyiq yüksəlməsi, ürək tutmaları, başqa hər hansı narahatlıq yaranarsa, mütləq həkimə müraciət etmək lazımdır.

Nevroloq Nailə Ələkbərova bildirib ki, geomaqnit qasırğası nevroloji xəstəliklər içərisində əsasən insult riskini artırır: “Aparılan tədqiqatlar göstərir ki, Günəşin solar aktivliyi artdıqca müxtəlif yaş qruplarında da insult riski artmış olur. Aşağı dərəcədə geomaqnit qasırğası 7-12 faizə qədər, güclü qasırğa isə 41 faizə qədər insult riskini artıra bilər”.

Mütəxəssis əsasən təzyiq, şəkər xəstələrini, infarkt, insult keçən şəxsləri diqqətli olmağa çağırıb.

Onun sözlərinə görə, insult keçirən xəstələrin bu günlərdə qan təzyiqi, şəkər kimi əlavə problemləri nəzarətdə saxlamaları məsləhətdir: “Bundan başqa, qollarda, ayaqlarda gücsüzlük, görmə pozulması, baş ağrısı kimi şikayətləri olanlar vaxt itirmədən həkimə müraciət etməlidirlər”.

Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsasən, 5-7 avqustda Günəş küləyi parametrlərinin nisbətən güclənəcəyi proqnozlaşdırılır. Proqnoz dövründə ilk iki gün (5, 6 avqust) müsbət qütblülüyə malik CH HSS effektinin təsiri ilə G1- Minor aşağı (Kp=5) səviyyəli geomaqnit qasırğası şəraitinin hökm sürəcəyi gözlənilir.

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO