“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb.
Rakus.az xəbər verir ki, o, mətbuat konfransında deyib:
“APOEL-in gücü hər kəsə məlumdu. Hesab edirəm ki, bu haqda ətraflı danışmağa ehtiyac yoxdu. Ötən mövsümə nisbətən rəqibin heyətində ciddi dəyişikliklər olub. Bəzən belə məqamlarda bu dəyişikliklər komandanın xeyrinə olur. Çünki komandanın ötən mövsümkü heyətini analiz etdikdə bu mövsüm oyunlarda sürprizlərlə qarşılaşa bilərsən. Rəqibin heyətində sürətli, təhlükəli futbolçular kifayət qədərdi. Ona görə kimisə fərqləndirmək istəməzdim. Biz də çalışıb diqqətli oynamalıyıq, səhvlərə yol verməməliyik. Rəqibin azarkeşləri çox çılğındılar, sayları az olsa belə, stadionu dolu göstərməyə çalışacaqlar. Təbii ki, dolu tribunalar önündə oynamaq xoşdu, amma biz yalnız meydana konsentrasiya olmalıyıq”.