YENİLƏNDİ: “Neftçi” məğlubiyyətdən saniyələrdə xilas oldu - FOTO
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi” komandası oyunun son saniyələrində “Bney Yehuda”nın qapısına yol taparaq hesabı bərabərləşdirib.
Rakus.az xəbər verir ki, “Dalğa Arena”da keçirilən oyunda bakılılar 90+5-ci dəqiqədə Namiq Əkəsgərovun qolu ilə hesabı bərabərləşdiriblər – 2:2. Bu qol sayəsində “Neftçi” məğlubiyyətdən xilas olub.
“Bakcell Arena”da keçirilmiş qarşılaşmada ilk qol 26-cı dəqiqəyə təsadüf edib. Rəqibin heyətində Tambi Saqas fərqlənib. Bu qoldan 10 dəqiqə sonra Muhammed Qadir “Neftçi”ni yenidən mərkəzə dəvət edib. 42-ci dəqiqədə Stiven Monroz hesab arasındakı fərqi azaldıb. 90+6-cı dəqiqədə Namiq Ələsgərov bərabərlik qolunu vurub.
Xatırlada ki, komandalar arasındakı cavab matçı bir həftə sonra İsraildə baş tutacaq. Bu cütün qalibi Avropa Liqasının pley-off mərhələsində “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) duelinin güclüsü ilə qarşılaşacaq.
21:46
UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi”-“Bney Yehuda” oyununun birinci hissəsi başa çatıb.
Rakus.az xəbər verir ki, birinci hissədən sonra “Bney Yehuda” komandası 2:1 hesabı ilə öndədir. Komandamızın oyununda yeganə qolun müəllifi 43-cü dəqiqədə Jozef-Monroz olub.
8 avqust
Avropa Liqası
III təsnifat mərhələsinin ilk oyunu
21:00. “Neftçi” – “Bney Yehuda” – 1:2 (Fasilə)
Qol: Tambi, 26 (0:1), Qadir, 36 (0:2), Stiven Monroz, 43 (!:2)
Hakimlər: Kərim Abed, Hiçam Zakrani, Mikael Berçebru, Floran Batta (Fransa).
Bakı. “Bakcell Arena”.
20:02
UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi” və “Bney Yehuda” komandaları arasında avqustun 8-də keçiriləcək qarşılaşmanın start heyətləri açıqlanıb.
Rakus.az xəbər verir ki, “Bakcell Arena”da oynanılacaq görüşdə “Neftçi” meydançaya Səlahət Ağayev, Anton Krivotsyuk, Voislav Stankoviç, Kirilo Petrov, Ömər Buludov, Emin Mahmudov, Soni Mustivar, Platellas, Dario Frederiko, Rauf Əliyev və Jozef-Monrozdan ibarət heyətlə çıxacaq.
Qonaqların start heyətində isə Zubas, Mori, Koen, Pnişı, Felcer, Rustom, Mazor, Soro, Saqas, Yan və Qadir yer alacaqlar.
Qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Kərim Abed olacaq. Ona Hiçam Zakrani və Mikael Berçebru kömək edəcəklər. Dördüncü hakim funksiyasını Floran Batta yerinə yetirəcək.
Oyun saat 21:00-da başlayacaq. Bu komandaların arasında cavab görüşü bir həftə sonra İsraildə keçiriləcək.
Xatırladaq ki, “Neftçi” birinci təsnifat mərhələsində Moldovanın “Speranta” komandasını məğlub edib (3:0, 6:0), ikinci təsnifat mərhələsində isə Rusiyanın “Arsenal” klubuna hər iki görüşdə qalib gəlib (1:0, 3:0).
Cari mövsümdə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayan “Bney Yehuda” UEFA Avropa Liqasında Azərbaycan klubları ilə ikinci dəfə qarşılaşır. İsrail klubu 2009-2010-ci il mövsümündə birinci təsnifat mərhələsində “Simurq”u hər iki görüşdə məğlub etmişdi.