İdman 14.08.2019 19:48

“Hamı “Neftçi”ni favorit sayırdı” – Abukasis

“İlk oyundakı çıxışımızdan razıyam. Xüsusən də ilk yarıdan. Amma çempionat başlamamışdan öncə bizə 3-4 yeni oyunçu lazımdır”.

Rakus.az xəbər verir ki, bu sözləri İsrailin “Bney Yehuda” klubunun baş məşqçisi Yossi Abukasis “Neftçi” ilə sabah keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçından öncə mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, ilk matçın nəticəsinin nə dərəcədə uğurlu olduğunu sabah biləcəklər: “Çünki biz hələ bu mübarizənin birinci hissəsini oynamışıq. “Neftçi”nin çox yaxşı oyunçuları var, yaxşı komandadır. Rəqibin əsas üstünlüyü mövsümdə 6-cı matçlarına çıxmasıdır. Bizdə isə bu, yalnız ikinci oyundur”.

İsrailli məşqçi əks-hücum taktikasını rəqibə uyğun qurduqlarını bildirib: “Biz böyük qüvvə ilə hücuma çıxırdıq. Məqsəd ilk matçdakı nəticəni qorumaqdan ibarət olmayacaq, əksinə, doğma publika önündə daha yaxşı oyun sərgiləməyə çalışacağıq. Təəssüf ki, ilk matçda 2:0 hesabı ilə öndə olduğumuz halda, üstünlüyümüzü qoruya bilmədik”.

Abukasis heç vaxt 2:2 hesablı nəticəni yaxşı saymadığını da sözlərinə əlavə edib: “Qələbəni əldən verməyimizi yaxşı nəticə saymırıq. Bəlkə oyun 2:0 hesabı ilə bitsəydi, bunu üstünlük sayardıq. Bakıdakı oyunadək hesabın 2:2 olacağını desəydilər, bununla razılaşardıq”.

Mütəxəssis daha çox gələcək haqqında danışmaq istədiyini vurğulayıb: “İlk növbədə, sabahkı oyunda qələbə qazanmalıyıq ki, növbəti mərhələyə adlayaq. “Neftçi”ni mübarizədən kənarlaşdırsaq, bu, bizim üçün böyük nəticə sayılacaq. Çünki bu cütün görüşlərinədək hamı “Neftçi”ni favorit sayırdı”.

“Neftçi”nin bir neçə oyununa baxmışdım. Görmüşdüm ki, bir neçə dəyişiklik edirlər. Ümumilikdə, müasir futbolda çoxlu dəyişiklik etmək çətindir”.

Xatırladaq ki, avqustun 15-də Petak Tikvadakı “Ha Moshava” stadionunda keçiriləcək “Bney Yehuda” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk görüş heç-heçə ilə nəticələnib – 2:2(Report).

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO