Con Sallivan Rusiyada səfir olacaq
ABŞ Prezidenti Donald Тrampın Birləşmiş Ştatların Rusiyadakı səfiri postuna dövlət katibinin müavini Con Sallivanın namizədliyini irəli sürəcəyi gözlənilir.
Rakus.az xəbər verir ki, Tramp çərşənbə axşamı Ağ evdə Rumıniya Prezidenti Klaus İohannis ilə birgə keçirdiyi mətbuat konfransında bunu təsdiqləyib.
Beləliklə, Sallivan ABŞ-ın Rusiyadakı səfiri vəzifəsindən istefaya gedən Con Hantsmanı bu postda əvəz edəcək.
Bundan öncə Sallivanın namizədliyinin irəli sürülməsinin mümkünlüyü barədə Ağ Evin əməkdaşına istinadən CNN telekanalı xəbər verib.
Telekanal bu yaxınlarda Hantsmanın istefa ərizəsini prezident Trampa təqdim etdiyi haqda məlumat verib. Bildirildiyinə görə, səfir Hantsman doğma ştatı olan Yutaya qayıtmağı planlaşdırır.
ABŞ-ın Rusiyadakı səfiri Hanstman istefa verib
Co Sallivan 2017-ci ilin aprelində Dövlət Departamentinin o zamankı rəhbəri olan Reks Tillersonun müavini olub.
Səfir Hantsmanın vəzifəsindən oktyabr ayının 3-də gedəcəyi bildirilir. Verilən bəzi məlumatlara əsasən, Hantsman Yuta ştatında qubernator seçkilərində namizədliyini irəli sürməyi planlaşdırır.
Tramp Rusiyada bu mühüm postu tutmaq üçün namizədi Vaşinqton və Moskva ilə münasibətlərdə gərginliklərin artdığı bir vaxt nominasiya etməyə hazırlaşır.