İdman 01.09.2019 11:00

Falkao rəsmən “Qalatasaray”lı oldu - FOTO

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib. İstanbul təmsilçisi Fransanın “Monako” komandasının hücumçusu Radamel Falkaonu transfer edib.

Rakus.az xəbər verir ki, bu barədə “sarı-qırmızı”lı klubun rəsmi saytı Türkiyədə transfer pəncərəsinin başa çatmasına az müddət qalmış məlumat yayıb.

Məlumatda bu transferlə əlaqədar “Qalatasaray”ın “Monako” ilə danışıqlara başladığı və Türkiyə klubunun futbolçu və onun komandası ilə hərtərəfli razılıq əldə etdiyi vurğulanıb.

Kolumbiyalı hücumçunun İstanbula gələrək tibbi müayinədən keçməsi və rəsmi müqavilə imzalaması gözlənilir.

Xatırladaq ki, peşəkar karyerasına Argentinanın “River Pleyt” klubunda başlayan Falkao 2009-cu ildə “Portu”ya transfer olunub. Portuqaliya klubunda iki mövsüm çıxış edən forvard bu müddətdə UEFA Avropa Liqasının, Portuqaliya Liqası və kubokunun qalibi olub. 2011-ci ildə İspaniyanın “Atletiko Madrid” komandasına keçən kolumbiyalı futbolçu orada oynadığı iki mövsümdə UEFA Super Kuboku, UEFA Avropa Liqası və İspaniya Kral Kubokunu qazanıb. 2013-cü ildən “Monako”ya məxsus olan Kolumbiya yığmasının 33 yaşlı üzvü sonuncu mövsümü həmin klubda forma geyinib. Radamel 2014-2015-ci illər mövsümündə İngiltərənin “Mançester Yunayted”, 2015-2016-ci illərdə isə “Çelsi” komandasında da icarə əsasında oynayıb.

Son üç mövsümü “Monako”da keçirən və 2016-2017 mövsümündə Fransa komandası ilə Liqa 1-in çempionu olan hücumçu çempionatda meydana çıxdığı 108 oyunda 65 dəfə fərqlənib. O, Kolumbiya millisinin futbol tarixində ən yaxşı bombardir hesab olunur.

Xatırladaq ki, “Qalatasaray”ın rəhbərliyi Falkaonun “Türk Telekom” stadionunda keçiriləcək rəsmi müqaviləyə imzalanma mərasiminə 50 min azarkeş toplamağı planlaşdırır.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO