Gündəm 02.09.2019 18:39

Kral Allahşükür Paşazadəni qəbul etdi

İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud Ciddə şəhərində yerləşən Əs-Səlam kral sarayında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.

Rakus.az xəbər verir ki, QMİ-dən verilən məlumata görə, göstərilən iltifata görə Kral Salman bin Əbdüləziz Əl Səuda təşəkürünü bildirən Şeyxülislam ona Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını çatdırıb. Onların dost, qardaş Səudiyyə Ərəbistanına xoşbəxtlik, sabitlik və inkişaf diləklərini yetirib. Hacı Allahşükür Paşazadə Kral Salman bin Əbdüləzizin Ermənistan tərəfindən təcavüzə məruz qalmış Azərbaycana verdiyi ənənəvi dost, qardaş dəstəyinin Prezident İlham Əliyevin və xalqımızın həmişə yüksək qiymətləndirdiyini vurğulayıb.

Kral Salman bin Əbdüləziz Al Səud özünün səmimi dostu və qardaşı adlandırdığı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, eləcə də Birinci Vitse-prezident Mehriban Əliyevaya öz salam-dualarını yetirərək qeyd edib ki, Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan rəhbərliyinin iki qardaş ölkə arasındakı əlaqələrin hərtərəfli inkişafına verdiyi önəmli təhfələri, İslam həmrəyliyinin möhkəmləndirilməsi uğrunda atdığı nümunəvi addımları alqışlayır və yüksək qiymətləndirir.

Qəbul əsnasında tərəflər iki dost və qardaş dövlət arasında əməkdaşlıq məsələlərini müzakirə edib, İslamın sülh və mötədillik dini olaraq təlim edilməsinin vacibliyi haqda fikir mübadiləsi aparıblar. Qəbulda Səudiyyə Ərəbistanı tərəfindən Daxili İşlər naziri şahzadə Əbdüləziz bin Səud bin Nəyif bin Əbdüləziz, Kral Divanının müşaviri Səəd Nasir Əl-Şisri, Xarici İşlər naziri İbrahim bin Əbdüləziz Əl-Əssaf və İki Müqəddəs Məscidin Xadiminin xüsusi katibinin köməkçisi Təmim bin Əbdüləziz Əs-Səlim, Azərbaycan tərəfindən isə QMİ sədrinin Birinci müavini müfti Salman Musayev və Azərbaycan Respublikası Milli Məclisin üzvü Cavanşir Paşazadə iştirtak ediblər.

Şeyxülislam qəbuldakı çıxışında bildirib ki, Azərbaycan müsəlmanları bu gün bir mənəvi renossans dövrünə qədəm qoyub:

“Məscidlərimizin sayı 2000-i keçir, islam dininin tədris olunduğu ali təhsil ocaqlarımız çoxalır. Ölkəmizdə başqa dinə qulluq edənlər də öz ibadətlərində azaddır. Bu ilin noyabr ayında Dinlərarası sammitin Bakıda keçirilməsi Azərbaycana olan beynəlxalq etimaddam xəbər verir”.

Şeyxülislam qeyd edib ki, Həcc ziyarətinin nəhəng müsafirlərini, milyonlarla zəvvarı layiqincə qarşılamaq, yola salmaq çox böyük məsuliyyət, əziyyət tələb edir: “Özü də hər il zəvvarların sayı da artır.  Bu il də Həcc ziyarəti çox gözəl təşkil edilmişdi. Hacılarımız çox rahat və heç bir texniki, təşkilati problem yaşamadan öz niyyətlərinə çatdılar, ziyarətlərini başa vurdular. Elə buna görə də bütün hacılarımız adından Sizə minnətdarlığımı bildirirəm. Allah bu iki müqəddəs ocağın istisini əbədi eləsin, Səudiyyə Ərəbistanı və Azərbaycan müsəlmanları, habelə bu iki dövlət arasındakı münasibətlər bütün islam aləmi üçün bir nümunə olsun, inşaAllah! Qəbul etdiyiniz, bizə yüksək diqqət ayırdığınıza görə Sizə bur daha minnətdarlığımı bildirirəm! Allah razı olsun”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO