İqtisadi 04.09.2019 02:23

“Gizli iqtisadiyyatın qarşısı alındı” – Vahid Əhmədov - VİDEO

Milli Məclisin deputatı Vahid Əhmədov Amerikanın Səsinə müsahibəsində vergi islahatlarından danışıb.

Rakus.az  həmin müsahibəni təqdim edir:

– Son bir ildə aparılan vergi islahatları ölkədə kölgə iqtisadiyyatının azaldılmasına kömək edibmi?

Ümumiyyətlə, Azərbaycanda kölgə iqtisadiyyatı ilə əlaqədar müxtəlif rəqəmlər səsləndirilir. Rəsmi statistika başqa rəqəm deyir. Amma, bizim apardığımız analizlər başqa rəqəm göstərir. Son zamanlar aparılan vergi islahatları, hansı ki, biz 2017-ci ildə başladıq, əsas məqsəd kölgə iqtisadiyyatını müəyyən qədər azaltmaqdan ibarət idi. Yəni insanlar, sahibkarlar əmək haqlarını gizlədirdilər, əlavə vergi ödəmək istəmirdilər. Bu islahatlar həyata keçiriləndən sonra, hesab edirəm ki, kölgə iqtisadiyyatına müəyyən qədər təsirini göstərdi. Amma, demək ki, kölgə iqtisadiyyatı əhəmiyyətli dərəcədə azalacaq, bunu demək mümkün deyil.

– Dövlət rəsmiləri vergi islahatlarının sahibkarların vergi yükünü azaldacağını bəyan edirdi. Amma, yeni islahatlar sadələşdirilmiş vergi ödəyicilərinin əhatəsini daraltdı və nəticədə, əksinə vergi yükünü artırdı. Buna münasibətiniz necədir?

Vergi islahatlarının keçirilməsində bir neçə məqsəd var idi. Əsas məqsəd ondan ibarət idi ki, vergidən yayinmalarla bağlı məsələlər aradan qaldırılsın. Yəni, siz bilirsiniz ki, əmək haqqından vergilər şox yüksək olduğu üçün insanlar, yəni sahibkarlar vergini gizlədirdilər. İşləyən insanların sayını da gizlədirdilər. Az əmək haqqı yazırdılar ki, az vergi ödəsinlər. Amma, indi müəyyən bir hədd müəyyən edildi. O həddə uyğun olaraq vergi sistemində dəyişikliklər əldə edildi. Mən deməzdim ki, vergi sistemində dəyişikliklər ediləndən sonra sahibkarların müıyyən qədər yükü artdı. Elə deyil. Amma, müəyyən müsbət nəticələri oldu. Çünki dövlət büdcəsinə əlavə vəsaitlər daxil oldu. Müəyyən qədər də gizli iqtisadiyyatın qarşısı alındı.

Son bir neçə ayda minimum əmək haqlarının artırılması fərdi sahibkarların sosial fonda ödmələrini də artırıb. Belə ki, fiziki şəxslərin sosial fonda ödəmələri il ərzində 26 manatdan 50 manata qalxıb, 2020-ci ilin yanvarından isə 65 manat olacaq. Göründüyü kimi sahibkarların gəlirləri artmadığı halda sosial fonda ödəmələri və digər vergi öhdəlikəri artır? Sizcə minimum əmək haqqının artırılmasının sosial fonda ödəmələrə təsir etməməsi üçün vahid bir rəqəm götürmək mümkündürmü?

– Ümumiyyətlə, bu məsələ müzakirə olunur. Əvvəl də müzakirə olunub. Çünki minimum əmək haqqı artırılanda tarif cədvəlində bütün işə gedənlərə, o cümlədən sahibkarlara çox ciddi təsiri olur. Yəni ödəmələrdə artımlar baş verir. Sizin qeyd etdiyiniz kimi, o artımlar hiss olunur. Ona görə də biz də belə bir təkliflər vermişik ki, ümumiyyətlə, vahid bir sistem müüəyyən edilsin. Vahid bir ödəmə sistemi müəyyən olunsun. Sahibkarlar vahid sitemlə ödəmə həyata keçirsinlər. Daha minimum əmək haqqı artıqca ödəmələr artmamalıdır. İnsanlar elə bir ödmə apara bilsinlər ki, minimum əmək haqqından ciddi surətdə asılı olmasın. Minimum əmək haqqının artırılması ondan ötrüdür ki, tarif cədvəli ilə maaş alan insanların müəyyən qədər yaşayış şəraiti yaxşılaşsın. Amma, sizin verdiyiniz suala uyğun olaraq vahid ödmə sistemi tətbiq oluna bilər.

Tapdıq Fərhadoğlu

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO