Futzal üzrə AÇ-nın püşkü atıldı
Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqanın 2019-2020-ci il mövsümünün püşkatma mərasimi keçirilib.
Rakus.az xəbər verir ki, yeni mövsümdə Yüksək Liqada 10 komanda qalib adı uğrunda mübarizə aparacaq.
Çempionat 3 dövrədən ibarət olacaq. İlk “dördlük”də yer alacaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Bundan başqa, cari mövsümdə legioner limiti tətbiq ediləcək. Komandalar iştirak ərizəsinə maksimum 7, oyunun protokoluna isə 5 legioner futzalçının adını daxil edə bilər. Matçın protokoluna 2000-ci il və daha gənc yerli oyunçunun adının daxil edilməsi isə vacibdir.
Püşkün nəticəsinə əsasən, çempionatın Bakı İdman Sarayında baş tutacaq birinci turunun təqvimi aşağıdakı kimidir:
I tur
11 sentyabr
“Bakı” TFK – “Yasamal” İSK
“Araz” – “Baku Fire”
“Xızı Futzal” – “Record club”
“Premier” (Quba) – EKOL
“Marafon” FK – “Neftçi”İK