Siyasi 05.09.2019 21:05

Özbəkistanın milli bayramı Bakıda qeyd olundu - FOTO

Özbəkistanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Dövlət müstəqilliyinin 28-ci ildönümü münasibətilə sentyabrın 5-də rəsmi qəbul təşkil edib.

Rakus.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov qəbulda iştirak edib.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Səfir Şerzod Fayziyev ölkəsinin müstəqillik tarixindən danışıb. Bildirib ki, müstəqilliyinin qısa tarixi dövründə Özbəkistan dünyada özünə layiqli yer tutub. Hazırda Özbəkistan inkişafının yeni mərhələsinə qədəm qoyub. Sahibkarlıq və özəl mülkiyyət üçün geniş şərait yaradır. Buna görə də ölkəyə vəsait qoyan xarici investorların sayı artır.

Diplomat vurğulayıb ki, Özbəkistanın qardaş Azərbaycan ilə sıx əlaqələri var. Bu əlaqələr iqtisadiyyatın bir çox sahələrini əhatə edir. Ticarət, nəqliyyat və digər sahələri xüsusi qeyd etmək lazımdır.

Rəsmi qəbulda çıxış edən Baş Nazir Novruz Məmmədov Özbəkistan Respublikasının milli bayramı – Dövlət müstəqilliyinin 28-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti və Hökuməti adından qardaş özbək xalqını təbrik edib, əmin-amanlıq və rifah arzulayıb.

Baş Nazir deyib ki, ölkələrimizi ortaq soykökü, möhkəm tarixi dostluq və qardaşlıq əlaqələri bağlayır. Bu əlaqələr əməkdaşlığımızın daha da genişlənməsinə və inkişaf etdirilməsinə güclü zəmin yaradır. Müstəqilliyimiz bərpa edildikdən sonra münasibətlərimiz daha da dərinləşərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qardaş Özbəkistanın ictimai-siyasi həyatında baş verən mühüm dəyişikliklər, iqtisadi sahədə əldə edilən uğurlar, ölkənin beynəlxalq nüfuzunun gündən-günə artması bizi sevindirir.

Əlaqələrimizin möhkəmlənməsində dövlətlərimizin başçılarının münasibətlərinin xüsusi rolu olduğunu vurğulayan Baş Nazir əminliyini bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında yaranmış dostluq münasibətləri bundan sonra da ikitərəfli əlaqələrimizin bütün sahələrdə daha da genişlənməsinə öz töhfəsini verəcək.

Novruz Məmmədov deyib ki, ölkələrimiz həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlarda bir sıra istiqamətlər üzrə fəal qarşılıqlı dəstək nümayiş etdirirlər. “Xüsusilə vurğulamaq istərdim ki, biz Özbəkistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan haqlı mövqeyinə nümayiş etdirdiyi ədalətli dəstəyi yüksək qiymətləndiririk”, – deyə Baş Nazir əlavə edib.

Ölkələrimizin iqtisadi əlaqələrinin inkişafında Azərbaycanla Özbəkistan arasında Birgə Hökumətlərarası Komissiyanın da mühüm rolu olduğunu deyən Novruz Məmmədov diqqətə çatdırıb ki, Azərbaycanı əlverişli regional tranzit mərkəzinə çevirən irimiqyaslı infrastruktur layihələrindən, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolundan Özbəkistanın da gələcəkdə faydalanması ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə təkan verəcək.

“Azərbaycan və Özbəkistan xalqlarının tarixi və mədəni bağlılıqları əsrlərə söykənir. Azərbaycanın dahi şairi Nizami Gəncəvidən ilhamlanaraq daha bir “Xəmsə” yaradan Əlişir Nəvainin irsi bizim xalqın da dəyər verdiyi mənəviyyat və əxlaq xəzinəsidir. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə yaxından bağlıdır. Bakının mərkəzində abidəsi olan bu böyük mütəfəkkirin xatirəsinə ehtiram əsrlər boyu bir-biri ilə sülh, həmrəylik şəraitində yaşamış özbək və Azərbaycan xalqları arasında münasibətlərin ruhunu əks etdirir.

Bütün sadalananlar bir daha onu deməyə əsas verir ki, ölkələrimiz arasındakı ənənəvi qardaşlıq və dostluq münasibətləri sağlam təməllər üzərində daim inkişaf etdiriləcək”, – Novruz Məmmədov deyib.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS