Türkiyəli yazışı Buker mükafatına namizəddir
Buker mükafatının 2019-cu il üçün qısa siyahısı ictimaiyyətə təqdim olunub.
Rakus.az xəbər verir ki, Türkiyəli yazıçı Elif Şafak da mükafatın qısa siyahısında yer alıb. O, bu siyahıya “Bu qəribə dünyada 10 dəqiqə 38 saniyə” romanı ilə düşüb.
Bundan başqa, müəlliflər arasında Salman Rüşdü, Marqaret Etvud, Lyusi Ellman, Bernardin Evaristo, Çiqozi Obioma kimi yazıçılar da düşüb.
Buker mükafatı laureatlarının adı oktyabrın 14-də açıqlanacaq. Mükafatlandırma mərasimi Londonun Qildxoll Mərkəzində keçiriləcək. Qalib 50 min funt sterlinq mükafat alacaq.
Xatırladaq ki, 2018-ci il Buker mükafatına ingiltərəli yazıçı Anna Berns layiq görülüb. Mükafat yazıçıya onun “Milkman” romanına görə verilib. Əsərdə 1970-ci illərdə Şimali İrlandiyada yaşayan qızın mənəvi dilemmalarından bəhs olunur.