Şimali İrlandiya Almaniyanı, Polşa Avstriyanı qəbul edəcək – AVRO-2020
Bu gün AVRO-2020-nin seçmə mərhələsində VI turun növbəti görüşləri keçiriləcək.
Rakus.az xəbər verir ki, turun ikinci oyun günündə 4 qrupda 10 matç nəzərdə tutulub. Gecənin mərkəzi görüşü C qrupunda Şimali İrlandiya və Almaniya milliləri arasında olacaq. 4 oyundan sonra britaniyalılar 12 xalla 1-ci, Bundestim isə 9 xalla 2-ci pillədə qərarlaşıb. Almaniya yenə uduzsa, Hollandiya Estoniya üzərində səfər qələbəsi qazanaraq, 2-ci pilləni ələ keçirə bilər.
E qrupunda lider Macarıstan ötən tur evdə Xorvatiyaya böyük hesabla uduzmuş Slovakiyanı qəbul edəcək. Dünya vitse-çempionları isə qrupda xalsız yeganə komanda olan Azərbaycanın qonağı olacaq.
G qrupunun mərkəzi görüşü Polşa və Avstriya yığmaları arasında keçiriləcəksə, I qrupunun lideri Belçika Şotlandiyanın qonağı olacaq.
AVRO-2020
Seçmə mərhələ, VI tur
9 sentyabr
C qrupu
22:45. Şimali İrlandiya – Almaniya
22:45. Estoniya – Hollandiya
Xal durumu: Şimali İrlandiya – 12 xal (4 oyuna), Almaniya – 9 (4), Hollandiya – 6 (3), Belarus – 3 (5), Estoniya – 0 (4).
E qrupu
20:00. Azərbaycan – Xorvatiya
22:45. Macarıstan – Slovakiya
Xal durumu: Macarıstan – 9 xal (4 oyuna), Xorvatiya – 9 (4), Uels – 6 (4), Slovakiya – 6 (4), Azərbaycan – 0 (4).
G qrupu
22:45. Sloveniya – İsrail
22:45. Polşa – Avstriya
22:45. Latviya – Şimali Makedoniya
Xal durumu: Polşa – 12 xal (5 oyuna), Avstriya – 9 (5), Sloveniya – 8 (5), İsrail – 8 (5), Şimali Makedoniya – 5 (5), Latviya – 0 (5).
I qrupu
22:45. Şotlandiya – Belçika
22:45. San Marino – Kipr
22:45. Rusiya – Qazaxıstan
Xal durumu: Belçika – 15 xal (5 oyuna), Rusiya – 12 (5), Qazaxıstan – 7 (5), Şotlandiya – 6 (5), Kipr – 4 (5), San Marino – 0 (5).
(report.az)