Diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları məlum oldu
Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin yeni aylıq vəzifə maaşları məlum olub.
Rakus.az xəbər verir ki, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 270 nömrəli Qərarında edilmiş dəyişikliyə əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin yeni aylıq vəzifə maaşları aşağıdakı kimidir:
№-si | Təhsili | Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla) | ||||
pedaqoji staj 3 ilə qədər olduqda | pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda | pedaqoji staj 8
ildən 13 ilə qədər olduqda |
pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda | pedaqoji staj 18 ildən çox olduqda | ||
1. | Ali təhsilli | 460 | 495 | 520 | 555 | 595 |
2. | Orta ixtisas təhsilli | 420 | 445 | 460 | 490 | 510 |
Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.
Qeyd edək ki, bundan əvvəl dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları belə olub:
Sıra
№-si |
Təhsili | Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla) | ||||
pedaqoji staj 3 ilə qədər olduqda | pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda | pedaqoji staj 8
ildən 13 ilə qədər olduqda |
pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda | pedaqoji staj 18 ildən çox olduqda | ||
1. | Ali təhsilli | 385 | 413 | 435 | 462 | 495 |
2. | Orta ixtisas təhsilli | 352 | 369 |