Energetika naziri Barkindo və Novakla görüşdü
Əbu-Dabidə səfərdə olan Energetika naziri Pərviz Şahbazov OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo və Rusiyanın Energetika naziri Aleksandr Novakla görüşüb.
Rakus.az xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, görüşlərdə dünya neft bazarının son vəziyyəti və inkişaf meylləri, neftin qiymətinə və neftə qlobal tələbatda artıma təsir edən faktorlar, OPEC+ ölkələri üzrə öhdəliklərin icra göstəriciləri və eləcə də bu format çərçivəsində Azərbaycanla əməkdaşlıq məsələləri müzakirə edilib.
Neft bazarında sabitliyin qərarlaşdığı vurğulanaraq bu prosesdə OPEC+ iştirakçılarının rolu yüksək qiymətləndirilib. OPEC+ əməkdaşlığı qiymət sabitliyinin davamlılığını təmin edə biləcək uğurlu və çevik tənzimləmə mexanizmi kimi qeyd olunub.