Neft-qaz sektoruna 3,2 milyard manat yönəldilib
Yanvar-avqust aylarında ölkənin neft-qaz sektoruna 3 milyard 261,5 milyon manat vəsait yönəldilib.
Rakus.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 8 ayda neft-qaz sektorunda 20 milyard 492,6 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin neft-qaz sektorunda məhsul istehsalı əvvəlki ilin eyni ayları ilə müqayisədə 0,3 faiz artıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 1,6 faiz çoxalıb. Sənaye məhsulunun 70 faizi mədənçıxarma sektorunda istehsal olunub.
Avqustda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 5,1 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 6,8 faiz ucuzlaşıb.
Ötən ayın əvvəlinə iqtisadiyyatın neft sektorunda 34,7 min nəfər çalışıb. Yanvar-iyul aylarında neft sektorunda nominal əməkhaqqı isə 3 min 101,6 manat təşkil edib.