“Yuventus”un futbolçusu Kriştiano Ronaldo GMB verilişində Pyers Morqana müsahibə verərkən ağlayıb.
Rakus.az xəbər verir ki, həyatından bəhs edən filmə baxarkən göz yaşını saxlaya bilməyib:
“Videonu daha öncə heç görməmişdim. İnanılmazdı. Reportajın daha əyləncəli olacağını düşünürdüm, ağlamağı gözləmirdim. Atamı heç vaxt 100 faiz tanımaya bilmədim. Həmişə sərxoş olurdu. Aramızda normal münasibət yox idi. Hazırda zirvədə olduğumu, əldə etdiklərimi görə bilmədi”.