“Qarabağ” və “Sevilya”nın start heyətləri açıqlandı
UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin birinci turu çərçivəsində “Qarabağ” və “Sevilya” klubları arasında sentyabrın 19-da keçiriləcək qarşılaşma üçün komandaları start heyətləri açıqlanıb.
Rakus.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Asmir Beqoviç, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Abbas Hüseynov, Miçel Madeyra, Riçard Almeyda, Qara Qarayev, Xayme Romero, Zubir və Maqaye Qeye yer alıblar.
“Sevilya”nin heyətində isə meydana Vaclik Tomas, Pozo Alexandro, Kounde Xules, Dieqo Karlos, Serxio Eskudero, Xoan Xordan, Nemanya Qudel, Oliver Torres, Franko Vazquez, Xavyer Ernandes və Munir El-Haddadi çıxacaqlar.
Bakı vaxtı ilə saat 20:55-də başlayacaq görüş “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.
Qarşılaşmanın idarə olunması Yevgeni Aranovskinin başçılıq etdiyi ukraynalı hakimlər briqadasına tapşırılıb.
“Qarabağ” beşincin dəfədir UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparır. Qurban Qurbanovun yetirmələri indiyədək qrup mərhələsini adlaya bilməyiblər.
“Sevilya” isə UEFA Avropa Liqasında rekord sayda – beş dəfə qalib gəlib.