Paşinyanın fəaliyyəti Ermənistan əhalisini təngə gətirməyə başladı
Son bir neçə gündür, hətta bir neçə aydır Ermənistanın daxili siyasətində təlatümlər yaşanır. Hazırda Ermənistan daxili siyasətindəki mövcud vəziyyət belədir.
Ermənistanın sabiq prezidenti Robert Köçəryanın yenidən həbs edilir.Bunun timsalında Köçəryanın tərəfdarlarının hakimiyyət nümayəndələrinə təyziqlər edir və məhkəmə binasının qarşısında durmadan etiraz aksiyları keçirirlər.
Məhkəmə sistemin düzgün işləməməsi və islahatların aparılması üçün məhkmələr bağlanmalıdır şəklində Paşinyan tərəfidən edilən açıqlama xalq və bəzi müxalifət nümayəndələri tərəfindən narazılıqla qəbul edilməsi,
2008-ci il 1 Mart hadisələri ilə əlaqədar köhnə hakimiyyət nümayəndələrindən keçmiş Müdafiə naziri Seyran Ohanyan və sabiq silahlı qüvvələrin baş qərargah rəisi daha sonra Kollektiv Təhlükəsizlik Müqaviləsinin Təşkilatının katibi olmuş Yuri Xaçaturovun dindirilməsi prosesi də birmənalı qarşılanmır.
Orduda ərzaq probleminin, xüsusilə də qidanın keyfiyyətinin aşağı olması hərbi hissələrdə əsgərlər və hətta yüksək rütbəli zabitlər tərəfindən narazılığa səbəb olur. Hər nə qədər Paşinyan Tonoyanla birlikdə yeni qidalarla təmin olunan hərbi hissələrə gedərək orada əsgərlərlə bir masa arxasında əyləşib yeməyin yüksək keyfiyyətindən bəhs etsələr də çox keçmədən, erməni mətbuatında belə bir məqalə yayımlandı ki, təxris olan əsgərlərin valideyinləri bəzi erməni saytlarına zəng edib Paşinyanın yalan danışdığını heç bir hərbi hissənin yeni qidalarla təmin olunmadığını, əksinə yeməklərin keyfiyyətinin bərbad vəziyyətdə olduğunu bildirirlər. Görünür, Paşinyan hərbi hissələrə səfər etdiyi zaman D.Tonoyan keyfiyyətli qidalarla masaları dolduraraq onu aldadır. D.Tonoyanın Paşinyanı aldatmaqda əsas məqsədi dövlət büdcəsindən ayrılan vəsaitlərin müəyyən bir hissəsini mənimsəmək, MN daxilindəki korrupsioner fəaliyyətlərini daha da gücləndirməkdir. Belə ki, D.Tonoyanın bu yaxınlarda satınalmalarla bağlı tender layihələrini ləğv etməsi ondan xəbər verir ki, o, gizli razılığa gəldiyi şirkətlərin bu layihələri qazanmasında daha maraqlıdır. Beləcə, o bu sahəni də öz nəzarətinə almış olacaq. Digər tərəfdən erməni mətbuatında yayılan məlumatlara görə Müdafiə naziri D.Tonoyan tərəfindən yeməklərin natamam təmin olduğunu əsas gətirərək bu il ərzində 28 müqavilə ləğv edilib. Belə bir qənaətə gəlmək olar ki, Tonoyan bu sahədə də onun maraqlarına cavab verə biləcək şirkətlər və sahibkalarla işləmək niyyətindədir. Bir sözlə, D.Tonoyan Ermənistan Müdafiə nazirliyini öz mülkiyyətinə keçirmək və ya orada öz monopoliyasını qurmağa çalışdığını ifadə bilərik. Bu da Paşinyanın hələ də orduya nəzarət edə bilməməsindən xəbər verir. Hər iki ölkənin Xarici işlər nazirlərinin danışıqları nəticəsində əldə olunan razılaşmalara baxmayaraq
Ermənistan silahlı qüvvələrinin və Azərbaycan torpaqlarında yerləşdirilən hərbi birləşmələri, orduda öz hegemoniyasını qoruyub saxlayan “Qarabağ klan”ın göstərişləriylə tam əksinə cəbəhədə vəziyyəti daha kəskinləşdirməklə Paşinyanı çətin vəziyyətə salırlar.
Həqiqətən də D.Tonoyan rəhbəri olduğu quruma və ya orduya nəzarət edə bilmir yoxsa etmək istəmir? D.Tonoyan keçmiş hakimiyyət nümayəndələri ilə əlaqələri olan və onlarla birlikdə işləyən bir şəxs olaraq bilinir. Vaxtiylə Serj Sarqsyanın maraqlarına xidmət etmiş şəxs niyə yenə də ona xidmət etməsin ki? Ermənistanda keçirilən sorğularda D.Tonoyan ən yüksək reytinqə sahib olduğu görülür. Bu da onun daha da yüksək vəzifələrə namizəd ola biləcəyindən xəbər verir. Hər halda bunu zaman göstərəcək.
Orduda baş verən özbaşınalıq,intihar, korrupsiya, cinsi və fiziki təcavüz hallarının artması həmçinin əsgərlərin yüksət rütbəli zabitlər tərəfindən döyülərək öldürülməsi kimi hallar erməni ictimaiyyətində böyük narazılıqlara səbəb olub. Xüsusilə də erməni anaları övladlarını öldürənlərin cəzalandırılması, ədalətin təmin olunması üçün hökumət və MN binası qarşısında etiraz aksiyaları keçirərək Paşinyanla və Tonoyanla görüşmək istədiklərini bildirsələr də nə Paşinyan nə dəki Tonoyan onları qəbul etmir. Belə olan təqdirdə analar Paşinyana inandıqları üçün yanıldıqlarını və onların keçmiş hakimiyyətdən heçnə ilə fərqlənmədiklərini bildirirlər.
Erməsintan Müdafiə Nazirliyi daxilində ən əsas problemlər çıxmış hərbi qulluqçuların sosial təminatlarının aşağı olması və məzuniyyət kompensasiyalarının verilməməsi, evlə təmin edilməməsi kimi məsələlərdir ki, hərbi qulluqçuların MN binası qarşısında aclıq aksiyası keçirmələrinə gətirib çıxarır.
Paşinyan hər dəfə hökumətin iclaslarında hərbi qulluqçuların maaşlarının artımasından bəhs etsə də erməni mətbuatına daxil olan bir neçə məlumatarlara görə iyunun 1-də qüvvəyə minən qanuna baxmayaraq hərbçilər hələ də əvvəlki qayda ilə məvacib alırlar.
Bu kimi problemləri ört-basdır etmək və xalqın başını aldatmaq üçün D.Tonoyan və onun mətbuat sözcüsü Artsrun Hovhannisyan kameralar qarşısına keçərək ucuz şoumenlər kimi erməni xalqını yeni sürprizlər gözləyir kimi boş-boş açıqlamalar verirlər.
Paşinyanın göstərişiylə Ermənistan parlamentində aprel döyüşlərini araşdırılması üçün istintaq komitəsinin yaradılması onun günahkarları aşkar edib cəzalandırmaq və ordudakı boşluqları aradan qaldırmaq olduğunu bildirsə də bu əslində heç də belə deyil. Əsas məqsəd tamam başqadır, Paşinyanın aprel hadisələrini araşdırmaqla ictimaiyyətin başını qatmaq, ordudakı köhnə rejimin qalıqlarından xilas olmaq (əsas da “Qarabağ klan”ın) ordunu tamamilə öz nəzarəti altına almaqdır. Və bunları etməklə onun məqsədi xalqın yanında olduğunu və onların gözündə bir daha köhnə hakimiyyət nümayəndələrini günahkar qismində göstərməkdir.
Lakin bu istintaq komitəsi əsaslı faktlar əldə edə bilmədiyi üçün Paşinyan istəklərinə nail ola bilmir. Əksinə, erməni ictimaiyyətində belə bir təəssürat var ki, bu komitə formaldır xarakterlidir.
Bir mənalı olaraq yuxarıda sadaladığımız amillər Paşinyana mənfi olaraq geri dönür və onun reytinqinin sürətlə düşməsinə səbəb olur. İctimaiyyətdə ona olan inam günü-gündən azalır. Son zamanlar keçirilən sorğulara görə onun reytinqi 50%-dən aşağı olduğu qeyd edilir.
Paşinyanın kreslosunun laxtalandığı bir vaxtda Amulsar mədənin istismarı ilə bağlı xalq arasında narazılıqların yaranması, bunun timsalında parlament və hakim partiya arasında fikir ayrılıqlarının yaranması son zamanlar erməni mətbuatında Paşinyanın ehtiyat qüvvə topladığı, yenidən seçkilərə gedə biləcək kimi fikirlər səslənməsinə gətirib çıxarıb. Baxmayaraq Paşinyan xalqa müraciət edərək Amulsar mədəninə gedən yolu açmalarını xahiş etdi ki, xalq bu dəfə onun xahişinə məhəl qoymadı.
Yuxarı da qeyd etdiyimiz kimi bu məsələ Paşinyan və komandası arasında anaşmazlıqlara səbəb olub. Belə ki erməni mətbuatında çıxan xəbərlərə görə parlamentin vitse-spikeri, “Mənim adımım” blokunun üzvü Lena Nazaryan mədənin istismara açılması fikriylə razı olmadığını və əksini düşündüyünü Paşinyanın özünə bildirib.
Bu məsələ özlüyündə hakmiyyət daxilində istefaların olmasına gətirib çıxardı. Belə ki, Ermənistanın polis rəisi Valeriy Osipyanın istefa getməsiylə nəticələndi. Erməni KİV-də yayılan məlumatlara görə ictimaiyyət əgər Amulsara mədəninə gedən yolu açmasa o zaman Paşinyan polis qoşunlarını oraya daxil edərək xalqa qarşı zor tətbiq edəcəkdir. Sentyabrın 17-də Paşinyanın rəhbərliyi ilə keçirilən təhlükəsizlik şurasının iclası zamanı bu məsələ ilə bağlı Paşinyanla Valeriy Osipyan arasında keçən söhbət əsnasında polis rəisinin istefaya verməsinə qərar verilib. Erməni mətbuatında yayılan məlumatlara görə Paşinyan polis rəisinə əgər sən qoşunları ora daxil edə bilməyəcəksənsə və mənim qərarlarıma şübhə ilə yanaşırsan şəklində sərt ifadələr işlətməsi Valeriy Osipyanın vəzifədən uzaqlaşmasıyla nəticələnib.
Hakimiyyət daxilindəki istefalardan biri də Milli təhlükəsizlik xidmətinin rəisi Artur Vanetsyanın istefa verməsidir. Artur Vanetsyan, Davit Tonoyanla birlikdə erməni ictimaiyyəti arasnda yüksək reytinqə sahib olan səxslərdən biridir. Keçirilən sorğularda bir daha onu təsdiqləyir ki, istefa verdikdən bir neçə gün sonra sorğu keçirilib və respondentlərin 57%-i Arturu dəstəklədiklərini bildiriblər. A. Vanetsyanın istefa verməsinə gətirib çıxaran səbəbləri bir neçə amil üzərindən dəyərlədirə bilərik.Hər şeydən əvvəl A.Vanetsyan köhnə hakimiyyətlə əlaqaləri olan bir şəxsdir və hələ də bu əlaqələri saxlamaqda davam edir. İctimaiyyət tərəfindən böyük simpatiyayla qarşılandığı və dəstəkləndiyi mütləqki Rusiyanın diqqətindən yayınmamışdır. Belə olan təqdirdə Rusiya Paşinyan üçün alternativ düşünürdü və Paşinyanın durmadan səhvlər etməsi A.Vanetsyanın isə tam əksinə qüsursuza yaxın xidməti ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsi Rusiyanın Vanetsyanı Paşinyana alternativ olaraq irəli sürə biləcəyi ehtimalını artırır.
A.Vanetsyanın istefa verməsindəki əsas səbəblər olaraq erməni mətbuatında Paşinyanla yola getməməsi baş nazirin ondan onun xidmətinə yaraşmayacaq işlər görməsini tələb etməsi kimi göstərilir. Erməni saytlarında yazılan xəbərlərə görə Vanetsyan bundan sonra öz fəaliyyətini siyasətdə Paşinyana müxalif olaraq davam etdirəcəyinə dair söz-söhbətlər dolanır.
Xüsusilə ölkə daxilində köhnə hakimiyyət nümayəndələrinin dolayı yolla göstərişləri ilə ölkə daxilində “vor zakonlar”ın fəallaşdığı, türmələrdə etirazların sayının artıdığı, bir vaxtda həm polis rəisinin həm də təhlükəsizlik xidmətinin istefaya göndərilməsi nə qədər doğru addım olduğunu şübhə altına alır.
Hələ ki, bu günlərdə parlamentdə polis və təhlükəsizlik sistemiylə heç bir əlaqəsi olmayan 25 yaşdan yuxarı şəxslərin təyin olunması haqqında qanun qəbul olunması da onu göstərir ki, Paşinyan güc strukturlarına onun istədiyi və nəzarət edə biləcək şəxslərin gətirilməsində maraqlıdır. Beləcə, keçmiş hakimiyyət qalıqlarından qurtulmuş olacağını və hakimiyyətin tamamilə onun əlində cəmləşəcəyinə inanır.
Bu qərar özlüyündə onu göstərir ki, Paşinyanın dövlət idarəçiliyindən anlayışı olmayan və ölkəsini tamamilə məhvə doğru sürükləmək niyyətindədir.
Yuxarıdakı sadalanan məqamları diqqətə alsaq o zaman belə qənaətə gələ bilərik ki, Paşinyan “məxməri inqilab”ı zamanı onun yanında olan köhnə hakimiyyətlə də işləmiş və əlaqələri olan şəxsləri bir müddət yüksək vəzifə verməklə mükafatlandırıb. Lakin görünür artıq Paşinyan onlardan qurtulmaq niyyətindədir. Və növbənin D.Tonoyana da gəlin çatdığını da qeyd edə bilərik. Hər halda Paşinyanın orduya nazir kimi 25 yaşında, orduyla əlaqəsi olmayan bir şəxsi gətirməsi ehtimalının da yüksək olduğunu qeyd edə bilərik.
Ölkə daxilində çox da geniş vüsət almayan etiraz aksiyaları baş versə də lakin gələcək də bu etirazların geniş əhaliyə çatması ehtimalı da yüksəkdir. Xüsusilə Sanitek şirkətinin 900-dən artıq işçilərinin işsiz qalması nəticəsdinə etiraz aksiyaları və bu kimi etirazlar gələcəkdə daha da böyüyərək Paşinyan üçün baş ağrısı olacaq.
Məqalədə yuxarıda Ermənistan daxilindəki mövcud problemlər ətrafında müqayisəli təhlillər etməyə və mövcud durumdan bəhs etməyə çalışdıq. Düşünürəm ki, Azərbaycan tərəfi hazırda bu ölkənin daxilindəki xaotik vəziyyətdən yararlanmalıdır. Çünki sülh danışıqları baş tutmazsa, döyüş əməliyyatları başlayarsa erməni xalqı Paşinyan üçün döyüşməyəcək.Təhlillər göstərir ki, Paşinyan hakimiyyəti tamamilə çökməkdədir və bu ölkə daxilində parçalanma, hətta vətəndaş müharibəsinə gətirib çıxaracaq hadisələrin yaşanması ehtimalı yüksəkdir. Belə olan təqdirdə Ermənistan əhalisi Azərbaycanla döyüşmək əvəzinə ölkədən qaçacaq ya da hakimiyyətə təyziqlər göstərəcək ki, Ermənistan tərəfi Azərbaycanın təkliflər paketiylə razılaşsın.
Analitik Ehtiram Aşırlı