Son dörd güləşçimiz mübarizəyə başlayır – DÇ
Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün Azərbaycanın son 4 sərbəst güləşçisi mübarizəyə başlayacaq.
Rakus.az xəbər verir ki, olimpiya çəkilərində ilk görüşlər təsnifat, qeyri-olimpiya çəkilərində isə 1/8 final mərhələsindən start götürəcək.
61 kq
1/8 final. Əhmədnəbi Qvarzatilov – Yovlis Bonne Rodriges (Kuba)
79 kq
1/8 final. Cəbrayıl Həsənov – Andrey Sokalski (Polşa) / Dmitri Tkaçenko (Ukrayna) cütünün qalibi
86 kq
Təsnifat. Aleksandr Qostiyev – Cavrail Şapiyev (Özbəkistan)
97 kq
Təsnifat. Şərif Şərifov – Minvon Seu (Cənubi Koreya)
Qeyd edək ki, hələlik Azərbaycan sərbəst güləşçiləri dünya çempionatında nə medal, nə də 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazana biliblər. Qadın güləşində Mariya Stadnik (50 kq) dünya çempionluğu və olimpiadaya vəsiqə, yunan-Roma güləşçilərindən isə Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələnib.