Oyun boş tribunalar önündə keçirilə bilər – Macarıstan – Azərbaycan
Azərbaycan futbol yığmasının AVRO-2020-nin seçmə mərhələsində keçirəcəyi növbəti oyun boş tribunlar önündə keçirilə bilər.
Rakus.az xəbər verir ki, buna səbəb yığmanın növbəti rəqibi olan Macarıstanı gözləyən cəzadır.
Əgər UEFA bu cəzanı tətbiq etsə, oktyabrın 13-də Budapeştdə keçirilən Macarıstan – Azərbaycan qarşılaşması azarkeşlərsiz baş tutacaq.
Millimizin rəqibinin belə təhlükə ilə üzləşməsi sentyabrın 9-da keçirilən Slovakiya ilə qarşılaşma ilə bağlıdır. Budapeştdə baş tutan Macarıstan – Slovakiya görüşü (1:2) azarkeşlər arasında ciddi insidentlə müşahidə olunub.
UEFA təkcə meydan sahiblərini deyil, Slovakiyanı da analoji cəzaya məruz qoymaq istəyir. Hətta Macarıstan – Azərbaycan matçı deyil, həm də üç gün əvvəl baş tutacaq Slovakiya – Uels görüşü də qapalı keçirilə bilər.
UEFA-nın hər iki yığmanın təmsil etdiyi federasiyanı cəzalandırması da gözlənilir. Bu cərimənin 20 min avro olması ehtimal edilir.