skip to Main Content
Elm və təhsil 23.09.2019 17:38

Hazırlıq kursları təşkil ediləcək – Vəkillər Kollegiyası

Vəkillər Kollegiyası Rəyasət Heyətinin təşəbbüsü ilə Bakı şəhəri 20 saylı Vəkil Bürosu tərəfindən vəkilliyə, hakimliyə, ədliyyə, prokurorluq və dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün ixtisas imtahanlarına hazırlıq kursları təşkil edilib.

Rakus.az xəbər verir ki, Vəkillər Kollegiyasından verilən məlumata görə, tədris kurslarına 1 oktyabr 2019-cu il tarixdən başlanılması nəzərdə tutulub. Dərslər həftənin iş günləri axşam saatlarında, həftənin şənbə günləri isə gündüz saatlarında keçiriləcək.

Kurslar aylıq 16 akademik dərs saatı və sınaq imtahalarını əhatə edir. Bu isə dinləyicilərə test prosesini əvvəlcədən mənimsəmək və hazırlıq səviyyəsini adekvat qiymətləndirmək imkanı yaradacaq.

Kursların tədris proqramı son dəyişikliklərə uyğun şəkildə, yazılı test və şifahi müsahibə mərhələlərinin mövzu və sualları hərtərəfli təhlil edilməklə hazırlanıb. Məşğələlərdə mühazirəçi qismində bu sahədə kifayət qədər tədris-təlim təcrübəsinə malik, ölkənin qabaqcıl ali tədris müəssisələrinin müəllim kollektivi çıxış edəcək.

Tədris materialları yazılı test və şifahi müsahibə mərhələlərinin mövzu və sualları üzrə qruplaşdırılacaq. Tədris olunacaq mövzular imtahan sualları çərçivəsində maddi və prosessual hüququn incəliklərini mənimsəməyə, həmçinin qanunvericiliyin əsasları ilə hərtərəfli tanış olmağa imkan verəcək qədər geniş əhatə olunacaq.

Tədris olunacaq əsas mövzu blokları: 1. Mülki hüquq; 2. Mənzil, vərəsəlik, əmək və ailə hüququ; 3. Mülki proses; 4. İnzibati proses; 5. Cinayət hüququ və cinayət prosesi; 6. Konstitusiya hüququ, beynəlxalq hüquq;

Dərslər Bakı şəhəri, Məmməd Araz 105A ünvanda keçiriləcək.

Dərslər aşağıdakı mühazirəçi-müəllimlər tərəfindən keçiriləcək: Cinayət hüququ, cinayət prosesi, inzibati hüquq – Qədirov Asif Xanoğlan oğlu – hüquq üzrə fəlsəfə doktoru, vəkil, Bakı Dövlət Universitetinin dosenti. Mülki hüquq, mülki proses – Yolçiyev Mübariz Xalid oğlu – hüquq üzrə fəlsəfə doktoru, vəkil, Bakı Dövlət Universitetinin müəllimi Konstitusiya hüququ, beynəlxalq hüquq – Yusufov Şiraslan Teymur oğlu, Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının baş müəllimi

Kurslarda iştirak etmək üçün 012-561-00-13, 070-746-33-49,050-494-24-14 telefon nömrələrinə və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Məlumat üçün bildiririk ki, kursun birinci buraxılış dinləyiciləri son hakimliyə və vəkilliyə qəbul yazılı test imtahanlarında yüksək nəticə göstəriblər. Hakimliyə qəbul üçün imtahan verən namizədlərimizin hamısı, vəkilliyə qəbul üçün imtahan verənlərdən isə bir nəfər istisna olmaqla, bütün namizədlər yüksək nəticələrlə test imtahanlarını keçiblər.

 

XƏBƏR LENTİ
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Back To Top
×Close search
Axtar