Elm və təhsil 24.09.2019 17:03

Bu sistem əmək bazarına mənfi təsirini göstərəcək – DİM

Fikrimizcə, qiyabi təhsil formasından tamamilə imtina etməkdənsə, onun distant təhsil forması ilə əvəz edilməsi daha məqsədəuyğundur.

Rakus.az xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin (DİM) 2018-2019-cu tədris ili üçün tələbə qəbulu ilə bağlı elmi-statistik təhlilində yer alıb.

DİM hesab edir ki, dünya təcrübəsində də bu təhsil formasından geniş istifadə olunur və respublikada informasiya-kommunikasiya texnologiyalarının hazırkı səviyyəsi bu cür təhsil formasının həyata keçirilməsi üçün geniş imkanlar yaradır.

Mərkəzin təhlilində qeyd edilib ki, 2012-ci ildə ilk dəfə olaraq bakalavrlara təhsilalma formasının (əyani və ya qiyabi) müəyyənləşdirilməsində yeni seçim imkanı yaradılmışdı. Belə ki, magistratura səviyyəsinə qəbul olan bakalavrlar qəbul olduqları təhsil müəssisələrində qeydiyyatdan keçərkən istədikləri təhsilalma formasını (əyani və ya qiyabi) seçmişdilər. Bakalavrlar bu imkandan maksimum yararlanmağa çalışmışdılar. Nəticədə 2011-ci illə müqayisədə 2012-ci ildə qiyabi təhsilalma formasını seçənlərin nisbi sayı yüksəlmişdi. Belə ki, əgər 2011-ci ildə bu cür seçim imkanı olmadığı üçün qəbul olanların yalnız 27.3%-i qiyabi təhsil verilən ixtisaslaşmaları seçmişdisə, 2012-ci ildə artıq qiyabi təhsil almağa üstünlük verənlər qəbul olanların 35.5%-ni təşkil etmişdilər:

“Göründüyü kimi, təhsilalma formasının seçimi üçün verilən sərbəstlik mühüm dəyişikliyə səbəb olmuşdu. Abituriyentlərdən fərqli olaraq bakalavrların bir çoxunun qiyabi təhsil almağa meyilli olmalarını onların əmək fəaliyyəti ilə məşğul olmaları ilə izah etmək olar. Bu səbəbdən həmin kateqoriyadan olan bakalavrlar magistraturada qiyabi təhsilalma formasına üstünlük verirlər. Bu isə öz növbəsində əmək fəaliyyətini və təhsili eyni vaxtda davam etdirməyə imkan yaradır. Lakin 2013-cü ildən etibarən bu təcrübədən imtina edilib və bakalavrların təhsilalma formasını sərbəst seçmək imkanı olmayıb. Nəticədə təhsil forması qiyabi olan ixtisaslaşmalara qəbul olanların nisbi sayı 2013-cü ildə 24.6%-ə qədər azalıb. 2014-cü ildən etibarən isə qəbul planında qiyabi təhsil formasına yer ayrılmayıb. Yuxarıda qeyd olunanları nəzərə alsaq, əmək fəaliyyəti ilə məşğul olan bakalavrların magistratura səviyyəsində bilik və bacarıqlarını artırmaq imkanlarının məhdudlaşdırıldığı aydınlaşır. Bu isə öz növbəsində əmək bazarına öz mənfi təsirini göstərəcək”.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS