Messinin üç aylıq diskvalifikasiyası qüvvədədi
Cənubi Amerika Futbol Konfederasiyası Braziliyada keçirilmiş Amerika Kuboku-2019 yarışı zamanı təşkilatı korrupsiyada ittiham etmiş Argentina yığmasının və “Barselona” komandasının hücumçusu Lionel Messinin diskvalifikasiyası qərarını qüvvədə saxlayıb.
Rakus.az xəbər verir ki, Argentina Futbol Assosiasiyası (AFA) Messinin diskvalifikasiyasının 3 aydan 2 aya qədər azaldılması barədə vəsatət qaldırıb. Ancaq Apellyasiya Məhkəməsi AFA-nın sorğusunu rədd edib.
Messinin Argentina yığmasının oyunlarında iştirakına qadağa bu ilin 3 avqustunda qüvvəyə minib.
Xatırladaq ki, Argentinanın futbol üzrə milli komandasının kapitanı Lionel Messi hakimə etiraz əlaməti olaraq Amerika Kuboku 2019-da qazandıqları bürünc medalı almaqdan imtina edib. “Turnir ərzində bizə qarşı baş verən korrupsiya və hörmətsizliyin bir hissəsi olmamaq üçün medal almaq üçün podiuma getmədim. Biz daha yaxşısına layiq idik, lakin bizə finalda oynamağa imkan vermədilər. Korrupsiya və hakimlər insanlara futboldan zövq almağa imkan vermirlərr”, – deyə Messi bildirib.