“Qalatasaray” məğlub oldu – oyunların NƏTİCƏLƏRİ
UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turuna start verilib.
Rakus.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında yer alan komandalar qarşılaşıblar. Türkiyə təmsilçisi “Qalatasaray” İstanbulda Fransa PSJ-sini qəbul edir. Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da paytaxt təmsilçisi ilk dəfə Türkiyədə qalib gəlib.
Gecənin ən məhsuldar görüşü İngiltərədə qeydə alınıb. “Tottenhem” Londonda Almaniya “Bavariya”sına 2:7 hesabı ilə uduzub.
Çempionlar Liqası
II tur
A qrupu
20:55. “Real Madrid” (İspaniya) – “Brügge” (Belçika) – 2:2
23:00. “Qalatasaray” (Türkiyə) – PSJ (Fransa) – 0:1
Qol: Mauro İkardi, 52
B qrup
23:00. “Srvena Zvezda” (Serbiya) – “Olimpiakos” (Yunanıstan) – 3:1
23:00. “Tottenhem” (İngiltərə) – “Bavariya” (Almaniya) – 2:7
C qrupu
20:55. “Atalanta” (İtaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna) – 1:2
23:00. “Mançester Siti” (İngiltərə) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 2:0
D qrupu
23:00. “Yuventus” (İtaliya) – “Bayer” (Leverkuzen, Almaniya) – 3:0
23:00. “Lokomotiv” (Moskva, Rusiya) – “Atletiko” (Madrid, İspaniya) – 0:2