Rakus.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Lüksemburqda “Düdelanj”la keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin II tur matçından əvvəl mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis zədəli futbolçuları barədə düşünmədiklərini bildirib: “Əlimizdəki futbolçularla ən yaxşısını etməyə çalışacağıq”.
Qurbanov sabahkı oyunun nəticəsinin turnir cədvəli üçün həlledici olmadığını vurğulayıb: “Bəzən son oyunlarda istədiyimiz nəticəni qazanmışıq, bəzən isə əldən vermişik. Qarşıda hələ 4 oyunumuz var. Müasir futbolda çox şey dəyişib, bütün komandalar bir-birini məğlub edə bilər. “Düdelanj” da bu matçın autsayderi deyil, biz məsələyə bu aspektdən baxmırıq”.
Xatırladaq ki, oktyabrın 3-də Lüksemburqdakı “Jozi Bartel” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.