“Qarabağ” Lüksemburq çempionu ilə qarşılaşacaq
Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.
Rakus.az xəbər verir ki, Ağdam klubu Avropa Liqasının qrup mərhələsində ikinci matçına çıxacaq.
A qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri qrupda ilk səfər qarşılaşmasında qüvvəsini sınayacaq. “Qarabağ” Lüksemburq çempionu “Düdelanj”la görüşəcək.
İlk turda “Sevilya”ya 0:3 hesabı ilə uduzan ağdamlılar sonuncu pilləni tərk etmək üçün rəqib meydanında xal qazanmalıdır. 1/16 finala yüksəlmək niyyətində olan Q.Qurbanovun komandası ilk qələbəsini əldə etməklə hədəfinə doğru ilk addımı atmalıdır. Əyalət klubu Lüksemburqda məğlub olarsa, qrupdan çıxmaq şanslarını çətinə salacaq.
Qeyd edək ki, qrupun digər matçında “Sevilya” APOEL-i qəbul edəcək.
Avropa Liqası
A qrupu, II tur
3 oktyabr
23:00. “Düdelanj” (Lüksemburq) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Con Biton
Yan xətt hakimləri: Daniel Makfarleyn, Duqlas Potter
Dördüncü hakim: Donald Robertson (hamısı Şotlandiya)
Hakim-inspektor: Con Eilif Skyervold (Norveç)
UEFA nümayəndəsi: Mixael Zoratti (Avstriya)
Lüksemburq. Josi Bartel stadionu
1 |
Sevilya |
1 |
1 |
0 |
0 |
3-0 |
3 |
2 |
Düdelanj |
1 |
1 |
0 |
0 |
4-3 |
3 |
3 |
APOEL |
1 |
0 |
0 |
1 |
3-4 |
0 |
4 |
Qarabağ |
1 |
0 |
0 |
1 |
0-3 |
0 |
(apa.az)