Gəncə şəhər Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər, Kəlbəcər və Xocalı rayon təşkilatlarının ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəallarının iştirakı ilə müşavirə keçirilir.
Rakus.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP sədrinin müavini Əli Həsənov, YAP-ın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, millət vəkilləri Naqif Həmzəyev, Pərvin Kərimzadə, Elman Məmmədov, Musa Quliyev, Nazirlər Kabinetinin məsul işçisi Ramin Talıbov və YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak edir. (Report.az)