XİN oyununda baş vermiş təxribata münasibət bildirdi
“Azərbaycan Xarici İşlər Nazirliyi Lüksemburqda Qarabağ və Düdelanj” oyunu zamanı baş verən təxribatla əlaqədar vəziyyəti nəzarətdə saxlayır”.
Rakus.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sözçüsü Leyla Abdullayevə “Twitter” səhifəsində yazıb.
“Azərbaycanın Lüksemburqa akkreditə olunmuş səfiri təxribata cavabdeh şəxslərin tapılması və müvafiq məsuliyyətə cəlb olunmasına əmin olmaq üçün Lüksemburq Xarici İşlər Nazirliyinə müraciət etmək barədə təlimatlandırılıb”, – deyə L.Abdullayeva bildirib.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən “Düdelanj” (Lüksemburq) – “Qarabağ” (Azərbaycan) oyununda təxribat baş verib. Xoşagəlməz hadisə Ağdam təmsilçisinin ikinci qolundan sonra yaşanıb.
Buna səbəb separatçı “Dağlıq Qarabağ” rejiminin bayrağının dronla stadionun mərkəzinə gətirilməsi olub. Ardınca azarkeşlər və futbolçular arasında münaqişə də yaşanıb. Bunu görən şotlandiyalı baş hakim Con Biton matçı dayandırıb və oyun 25 dəqiqə sonra bərpa edilib. Oyun “Qarabağ”ın 1:4 hesablı qələbəsi ilə başa çatıb.