“Qalatasaray” qalib gələ bilmədi
Türkiyə Superliqasında VII turun oyunları davam edir.
Rakus.az xəbər verir ki, ikinci oyun günündə 3 matç keçirilib.
“Konyaspor” səfərdə “Kasımpaşa”nı, “Göztəpə” isə doğma meydanda “Kayserispor”u 4 qolla məğlub edib.
Son çempion “Qalatasaray” “Gənclərbirliyi”nin qonağı olub. Mövsümə yaxşı başlamayan istanbullular autsayderə qalib gələ bilməyiblər.
Xatırladaq ki, tura sabah yekun vurulacaq.
5 oktyabr
“Kasımpaşa” – “Konyaspor” – 1:4
Qol: Ö.A.Şahiner, 21 (0:1),Yevtoviç, 44-pen. (0:2), Miya, 45+1 (0:3), V.Sarı, 45+2 (1:3), Miya, 63 (1:4)
“Göztəpə” – “Kayserispor” – 4:0
Qol: A.Öztürk, 7. S.Aydoğdu, 42. Napoleoni, 45, 50
“Gənclərbirliyi” – “Qalatasaray” – 0:0
Qeyd edək ki, turnir cədvəlinə 14 xalla “Alanyaspor” başçılıq edir. “Konyaspor” 12 xalla 2-ci, “Fənərbaxça” 11 xalla 3-cüdür. “Qalatasaray” isə 10 xalla 7-cidir.