Xalqımız bu hərəkatın fəal iştirakçısı olacaq – DEPUTAT
“Respublika Prezidenti İlham Əliyevin Soçi şəhərindəki Valday beynəlxalq diskussiya klubundakı son dərəcə tarixi və müdrik çıxışının bu qədər geniş müzakirə olunması xalqla prezidentin birliyinin vəhdəti kimi yüksək dəyərləndirilməlidir”.
Rakus.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib.
Qeyd edib ki, Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədovun təşəbbüsü ilə “Qarabağ Azərbaycandır” hərəkatının yaranması aktuallığı ilə seçilir. Bu vahid lider ətrafında milli birliyimizin, Qarabağ uğrunda birgə mübarizəmizin, haqqı tapdanan xalqımızın dünyaya mesajının və beynəlxalq aləmdə hələ də hökm sürən ikili standartlara etirazımızın göstəricisidir. Dünya birliyinə bir daha bəyan oldu ki, Azərbaycan haqqı yolunda sona qədər mübarizəsini davam etdirəcək.
Millət vəkili sonda isə fikrini belə ifadə edib: “Ümid edirəm ki, xalqımızın bütün vətənpərvər övladları Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bu hərəkatın fəal iştirakçısı olacaq”.