Trampa yaxın olan 2 biznesmen həbs edildi
ABŞ Prezidenti Donald Trampın şəxsi vəkili Rudolf Culiani ilə əlaqəsi olan iki biznesmen həbs edilib.
Rakus.az xəbər verir ki, onlar Trampın seçkiqabağı kampaniyası zamanı maliyyə qanunlarını pozmaqda ittiham edilir. Dünən axşam Vyanaya yola düşməzdən əvvəl həbs edilən Lev Parnas və İqor Fruman cümə axşamı günü məhkəmə qarşısına çıxarılmalıdır.
Bu barədə “Wall Street JournalⅦ onlara yaxın mənbələrə əsasən məlumat yayıb. Bildirilib ki, Fruman və Parnas federal və ştat səviyyələrində dövlət vəzifələrinə namizədlərin dəstəklənməsi üçün xarici mənbələrdən pul alıb.
Ukraynalı biznesmen Parnas və belaruslu daşınmaz əmlak investoru Fruman Culianiyə Ukraynanın siyasi dairələrinə çıxmağa yardım edib.
Seçkiqabağı kampaniyaların maliyyələşdirilməsini araşdıran Campaign Legal Center şirkəti 2018-ci ilin iyul ayında bu iki şəxslə bağlı Federal Seçki Komissiyasına şikayət ünvalanmışdı. Məqsəd 325 min dollarlıq maliyyə yardımının mənbəyinin aşkarlanması idi.